Bu gün (17 fevral 2021, saat 16. 05-də) elektron
poçtuma YUNESKO nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və
Jurnalistika Akademiyasının (МАЛиЖ) rektoru, yazıçı, “İstedadlar diyarı”jurnalının
baş redaktoru, Ukrayna Respublikasının əməkdar jurnalisti çox hörmətli Vasiliy
Tarçinets tərəfindən məktub ünvanlanmışdır. Məktubda Beynəlxalq Ədəbiyyat və
Jurnalistika Akademiyasının Azərbaycan Respublikası Şirvan şəhər filialının rəhbəri
Seyyub Əsədov “İstedadlar diyarı” jurnalının birinci, ikinci və üçüncü nömrələrinin
hazırlanmasında göstərdiyi təşəbbüskarlıq və yaradıcılığa, Beynəlxalq Ədəbiyyat
və Jurnalistika Akademiyasının Şirvan şəhər üzvlərinin rəsm və əsərlərinin jurnalda
yerləşdirilməsində köməklik etdiyinə görə Akademiyanın rektoru tərəfindən
SERTİFİKATla təltif edilməsi barədə məlumat verilir.
Təşəkkür edirəm hörmətli cənab Vasiliy Tarçinets!
Azərbaycan
-Ukrayna dostluğu əbədi olsun!