14 fevral “Beynəlxalq kitab bağışlama Günü” (“International Book Giving Day”) artıq 2012-ci ildən dünya əhalisi tərəfindən geniş qeyd edilir. Bu ənənə ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Kitab bağışlamaq təşəbbüsü bütün dünyada dəstək qazanıb və bu gün kitab bağışlayan, kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Mənim kitab bağışlamaq imkanım olmasa da, öz müəllim saytımda (http://multiurok.ru/seyyubasadov2/ ) neçə illərdir ki, məqalə və yazılarımı yerləşdirirəm. Hörmətli oxucular, bu gün dahi Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş məqaləmi sizlərə təqdim edirəm (https://multiurok.ru/files/nizami-g-nc-vi-yaradiciliginda-iqtisadi-motivl-r.html ). (P.S. İnanıram ki, çox keçməyəcək ki, məqalə yazıların da hədiyyə edilməsi günü qeyd ediləcəkdir… ).