Xalqın bir millət olaraq meydana çıxması üçün hər şeydən
əvvəl etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli bir torpaq üzərində
birlikdə yaşaması, yəni sosial həyat sürməsi lazımdır.
Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan
xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş,
lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də ki, mədəniyyətinə təsir
edə bilməmişdir.
1990-cı il yanvarın 19-dan 20- nə keçən gecə xalqımıza
qarşı törədilən qanlı qırğından 31 il keçir. Bu hadisə Azərbaycan xalqının və
bütün tərəqqipərvər, sülhsevər bəşəriyyətin tarixinə əsrin ən qanlı hadisələrindən
biri kimi düşmüşdür.
Allah şəhidlərimizə rəhmət eləsin!