2021-ci il “Nizami Gəncəvi İli” elan edildi

 


Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir…

Mənbə: https://president.az/articles/49904

Azərbaycan və Qərb alimləri

   Şərq mövzusu-Şərq tarixi, fəlsəfəsi, mədəniyyəti və ədəbiyyatı əsrlərdən bəri Avropa aıim və yazıçılarının nəzər-diqqətini özünə cəlb etmişdir. Qərbi Avropanın bir çox sənətkarları Şərqə sənət məbədi kimi baxmış və Şərqin böyük mütəfəkkirlərindən bəhrələndiklərini gizlətməmişlər.

Belə alimlərdən biri İ.V. Höte (1749-1837) olmuşdur. …

Oxumaq istəyənlər üçün:

https://multiurok.ru/files/az-rbaycan-v-q-rb-aliml-ri.html

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.