Əziz
şagirdlər, hörmətli valideynlər, dərslərdə xoş atmosfer yaradaraq ətrafdakılara
müsbət təsir göstərən, şagirdlərinin həyatını parlaq və təravətli edən müəllimlər!
Dünyanın müxtəlif ölkələrində yaşayan YAXŞI İNSANLAR və azərbaycanlılar!
Bu il çoxlu həm qəmgin, həm də zəngin, qürurlu hadisələrlə yadda qaldı. Keşməkeşli, acılı-şirinli 2020-ci il. Bu il həm çətin, həmdə şərəfli günləri birlikdə yaşadıq. Bir tərəfdən pandemiya, bir tərəfdən müharibə. Minlərlə şəhid verdik, igidlərimizi itirdik. Eyni zamanda zəfər hissini və zəfər duyğusunu yaşadıq. Öz gücümüzü, qüvvətimizi bir daha gördük, dəmir yumruq kimi birləşməyi bacardıq. Qarşıdan gələn yeni il bizləri yalnız xoş hadisələr və xəbərlərlə birləşdirsin. Yeni il daha çox təbəssüm, xoş sürprizlər, yaddaqalan yaxşı günlər, müsbət emosiyalar gətirsin. Bütün münaqişələr və çətinliklər keçmişdə qalsın. Eviniz insani münasibətlər, bol ruzi və rifahla dolsun!
Sizləri Dünya azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm!