Həmyerlimiz - Şəhriyar Məhərəmov Azərbaycan Respublikasının Diaspora İş üzrə Dövlət Komitəsi tərəfindən rəğbətləndirilmişdir.

Həmyerlimiz - Şəhriyar Məhərəmov  Azərbaycan Respublikasının Diaspora İş üzrə Dövlət Komitəsi tərəfindən rəğbətləndirilmişdir.

2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası, işğalçı Ermənistanın Azərbaycan Respublikasına qarşı  törətdiyi təxribat və xalqımızın möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsi Azərbaycan diasporu üçün də sınaq dövrü oldu. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və dövlətimizə hər zaman dəstək nümayiş etdirən, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük səylər göstərən Azərbaycan diasporu bu sınaqdan uğurla çıxmışdır. Bütün bunları nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsi, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə, Azərbaycan həqiqətlərinin beynəlxaql ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərinə, eləcə də 2020-ci ildə diaspor quruculuğu işində xüsusi fəallıqlarına görə 273 nəfəri təşəkkürnamə ilə təltif etmişdir. Təltif olunanlar arasında müxtəlif ölkələrdəki diaspor təşkilatlarının təmsilçiləri, diaspor fəalları, Azərbaycandakı icmaların nümayəndələri və jurnalistlər də vardır. Təltif edilənlər sırasında həmyerlimiz  Ukrayna Republikası, Lviv şəhərində yaşayan Məhərrəmov Şəhriyar Malik oğlu da vardır.

Təbrik edir və uğurlar arzulayırıq Şəhriyar!

Mənbə:

http://diaspor.gov.az/xeberler2020/x2248.php

https://www.facebook.com/sehriyar2006/posts/4847813235291542

https://www.facebook.com/photo/?fbid=4847813191958213&set=a.853586354714270

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.