Prezident, Müzəffər Ali Baş Komandanımız İlham
Əliyevin rəhbərliyi ilə Ordumuz və Azərbaycan xalqı erməni işğalçıları üzərində
QƏLƏBƏ qazandı! Xalqımızın ümumxalq qalibiyyət ruhu əbədidir! Var ol, yaşa Azərbaycan!
Beləliklə,
Azərbaycan, Ermənistan və Rusiya arasında Qarabağla bağlı imzalanmış Bəyanatın əsas
bəndləri:
1. 10 noyabr 2020 ci il saat 00:00 dan etibarən Dağlıq
Qarabağda atəş və hərbi əməliyyatlar dayandırılır
2. Hər iki tərəflər hazırda tutduqları mövqelərdə
qalacaqlar
3. 20 noyabrda qədər Ağdam rayonu Azərbaycana qaytarılır
4. Dağlıq Qarabağda Laçın dəhlizi boyu 1860 sayda odlu
silahlı hərbiçi və 380 ədəd texnikalı sülhməramlı yerləşdirilir
5. Rus silahlı qüvvələrinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış, tərəflərdən
biri maddəni pozmasa daha 5 il uzanacaq
6.
Münaqişə tərəflərinə nəzarət etmək üçün Atəşə Nəzarət üzrə Sülhməramlı Mərkəz
yaradılır
7.
25 noyabra qədər Kəlbəcər rayonu, 1 dekabra qədər isə Laçın rayonu qaytarılır
8.
Qarabağla Ermənistan arasındaki 5 km-lik Laçın dəhlizi rus qüvvələrinin nəzarətinə
verilir
6.
Yeni Laçın dəhlizinin inşasına başlanacaq.
7.
Məcburi köçkünlər və qaçqınlar Qarabağ ərazisinə BMT nəzarətində geri
qayıdacaq.
8.
Hərbi əsirlər və girovlar, cəsədlər dəyişdiriləcək