İSMAYILLI RAYONUNUN LAHIC QƏSƏBƏSINDƏ YENI INŞA OLUNAN MƏKTƏB BINASI ISTIFADƏYƏ VERILIB

İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan məktəb binası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.

Lahıc qəsəbəsi ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Tarixi erkən orta əsrlərə gedib çıxan bu qəsəbə nadir arxitekturası ilə diqqəti cəlb edir. Bu gün Lahıc Tarix-Mədəniyyət Qoruğunda 90-dan çox tarixi abidə, o cümlədən 5 məscid, 3 hamam, 60-dan artıq yaşayış evi, həmçinin körpü və su dəyirmanı, qəbirüstü daşlar, bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar qorunur. Lahıcda 100-dən çox sənət növü və peşələr yaşadılır və inkişaf etdirilir. Bütün bunlar da turistlərin diqqətini çəkir. Bu ilin 8 ayında qəsəbəyə 45 min turist gəlib. Son illərdə qəsəbənin inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb, sosial layihələr icra olunub. Bu layihələrdən biri də 400 şagird yerlik Lahıc qəsəbə tam orta məktəb binasının inşasıdır. Məktəbdə yaradılan şərait göstərir ki, dövlətimizin başçısının təhsilə göstərdiyi diqqət nəticəsində bu sahə tamamilə yeni və keyfiyyətli mərhələyə qədəm qoyub. Son illərdə müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulub. Təqdirəlayiq haldır ki, bu proses bölgələri də əhatə edib.

https://president.az/articles/29766

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.