2018-2019-CU TƏDRIS ILINDƏ “BILIK GÜNÜ”NÜN QEYD OLUNMASI VƏ ILK DƏRS GÜNLƏRI HAQQINDA HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRININ ƏMRI


Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində “Bilik günü”nün mütəşəkkil və səmərəli qeyd olunmasını, ilk dərs gününün tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərində “Bilik günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla 15 sentyabr 2018-ci ildə təntənəli şəkildə qeyd edilsin.           
2. “Bilik günü” tədbiri saat 8.00-dan etibarən Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlansın.           
3. 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdlərinin, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri, sinif otaqları, dərs cədvəli ilə tanış olmaları, siniflərin növbəliliyi barədə məlumatlandırılması təmin edilsin, bu məktəb və siniflərdə ilk dərs günü 2018-ci il 17 sentyabr hesab olunsun.
4. 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə dərslər cədvəl üzrə sentyabrın 15-dən başlansın.
5. Yerli təhsili idarəetmə orqanları bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsini təmin etsinlər.
6. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.


Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
30 avqust 2018-ci il
F-581


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.