Qədim dövrlərdə nüvə partlayışları baş vermişdirmi?


            Qədim dövrlərdə nüvə  partlayışları baş vermişdirmi?
  
Dünyada keçmiş sivilizasiyalara aid çoxlu qədim şəhər xarabalıqları vardır. Onlar içərisində elə şəhərlər də vardır ki, bu günə qədər tariximizin açılmamış sirrləri ilə doludur.
   Misal üçün; Mohenco - Daro şəhəri, bu şəhər bir zamanlar indiki Pakistan ərazisində çiçəklənən qədim bir şəhər olmuşdur. Lakin bu şəhərdə sonradan baş verənlər özündə müasir elmin belə izah edə bilmədiyi katakilizmi saxlayır. Ona görə ki, bu qədim şəhərdə əhalinin şəhəri tərk etməsinin səbəbi nüvə partlayışı olmuşdur.
  Əlbəttə, bu nəzəriyyənin özü heç də ağlasığılan deyil. Məlumdur ki, nüvə silahından II Dünya Müharibəsi zamanı ancaq iki şəhərdə Xerosima və Naqasaki şəhərlərində istifadə edilmişdir. Bəs necə ola bilər ki, təqribən e.ə. III minillikdə  mövcud olmuş qədim bir şəhərdə nüvə silahından istifadə edilsin....
Bu məsələnin mümkün və kifayət qədər ümumi izahlarından biri də odur ki, Yer kürəsində o vaxtlar nüvə hadisəsinə səbəb ola biləcək yüksək səviyyədə inkişaf etmiş texnoloji inkişaf olmamışdır. Məsələ ilə bağlı araşdırma işlərindən biri tədqiqatçılar Riçard Fayrctoun və Ulyam Toppinqin “Paleozoy dövründə nüvə fəlakətinin geoloji sübutları” adlı məqaləsi diqqəti çəkir. Məqalədə tədqiqatçılar Amerikanın Böyük Göl ərazisində radiokarbon məlumatlar əsasında toplanan qeyri-adi yüksək radiasiya səviyyələrinin olmasından söhbət açırlar. Onların araşdırmalarına görə, “Bütün Böyük Göl ərazisi və onun altında nə varsa, termal neytronlar istehsal edən kosmik radiasiya ilə şüalanmışdır. Başqa sözlər desək, Yer kürəsinin bu yerində paleozoy dövründə irimiqyaslı nüvə partlayışı olmuşdur, lakin bunun səbəbləri barədə əlimizdə tam dəqiq məlumatlar yoxdur (müəlliflər səbəb kimi ancaq radioaktiv şüalanma olduğunu göstərirlər). Hətta belə bir hadisə (səbəbi nə olursa olsun) polezoy dövründə baş vermişdirsə, müasir Pakistan ərazisindəki Harappa, Mohenco - Daro kimi qədim şəhərlərdə də baş verə bilərdi. ...
Xerosima və Naqasaki şəhərlərində nüvə bombardmanından sonra yanmış, şüşəyə çevrilmiş daşlardan yüksək radiasiya olduğu aşkar edildiyi kimi, Harappa, Mohenco -Daro şəhər xarabalıqlarında aşkar edilmiş cəsədlərdə belə yüksək radiasiya olduğu barədə çoxdan söz- söhbətlər gedir.
    Rusiyalı  alim Aleksandr Qorbovski 1966-cı ildə bu şəhərlərdən aşkar edilmiş cəsədlər haqqında yazırdı ki,”...bu cəsədlərdə radioaktivlik normadan 50 dəfə çoxdur”.
   Bu hadisənin hətta təbii səbəblərdən baş verməsini qəbul etsək belə, sual yaranır -niyə, nə üçün qədim dünyanın məhz bu şəhərlərində baş vermişdir nüvə partlayışı?...
   Bizə təkcə fərz etmək o qalır ki, “Manhetten” layihəsindən də lap çox qədim dövrlərdə bizim ulu babalarımız atom enerjisinə sahib olmuşlar, yoxsa bütün bunlar başqa dünyadan gələnlərin əməlləridir.... Bu barədə düşünməyə dəyər!



Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.