Ən böyük ortaq bölən (ƏBOB) - iki tam ədədin hər birinin qalıqsız bölündüyü natural ədədlərdən ən böyüyü. M və N ədədlərinin ən böyük ortaq böləni ƏBOB (M,N) kimi işarə olunur. Ədədin ƏBOB-nu tapmaq üçün 1) Ədədləri sadə vuruqlarına ayırırıq. 2) Ortaq olan sadə vuruqları vururuq.
Nümunə: ƏBOB(75,45)=15.
1) 75=3*5*5 , 45=3*3*5 2) 3*5=15
●Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni 1-ə bərabərdir.