TARİXİN
ELMİ KÜTLƏVİ CƏHƏTDƏN İŞİQLANDIRILMASI TƏCRÜBƏSİNDƏN.
Bu bir
həqiqətdir ki, tarixdən təlim zamanı başlıca yer ilk mənbələrə deyil,
tarixi prosesi elmi-kütləvi
formada işıqlandıran vasitələrə məxsusdur.
Bu zaman yıgcam şəkildə ən
mühüm hadisələr haqqında canlı surətdə söhbət
gedir, tarixi hadisələrin və
xadimlərin obrazlı xarakteristikaları verilir.Elmi kütləvi mətn və ya müəllif mətni
adlandırılan bu formada şagirdlərin başa düşəcəyi şəkildə faktlar təhlil edilir
və ümumiləşdirilir.
Xüsusi məsələlərə
dair elmi-kütləvi şərh əvvəlki dərsliklərdə VI sinif Qədim dünya tarixi və VII-VIII
sinif Orta əsrlər tarixi dərsliklərində “Bunları bilmək maraqlıdır”və “Əlavələr”
adı ilə, eləcədə digər VI-XI sinif dərsliklərində müəyyən sənədlər formasında
verilirdi. Həmçinin məktəblilər üçün nəzərdə tutulan çoxlu sayda əlavə
ədəbiyyatlarda da maraqlı məlumatlar vardır. Bu gün qarşida duran ən vacib
problemlərdən biri belə əlavə materialların yenidən nəşridir.Tarixi materialın
elmi-kütləvi cəhətdən işıqlandırılmasının başlıca forması müəllif mətni olsada,
bu heç də yeganə forma deyildir.
Mən dərs prosesində tarixə dair tədris
vəsaitlərinin aşağidakı formalarından da istifadə edirəm.
I
Tədris cədvəlləri
II Sxematik
rəsm
III Kartoqrafik
vəsaitlər
IV Məntiqi sxemlər
I . Tədris
cədvəlləri -tarixi materialın elmi kütləvi
şəkildə şərhinin formalarından
biridir.
1) toplanmış məlumat müəyyən problemin açılıb
göstərilməsinə yönəldilir (Məsələn,ictimai münasibətlər;hadisələrin zaman üzrə
yerləşdirilməsi və s.).
2) tarixi
hadisələr həmişə bir-birilə əlaqə və münasibətlərdə götürülür.
3) cədvəldə
materialin yerləşdirilməsi hadisələri daha əlverişli surətdə müqayisə etmək
vəzifəsinə tabe etdirilir (Məsələn, şaqul üzrə ardıcıllıq münasibətləri, horizontal
üzrə isə sinxronluq münasibətləri göstərilir).
4) cədvəldəki
məlumatlar ən yığcam şəkildə verilə bilər (Məsələn, rəsmlər, şərti işarələr,
simvollar və s.).
Qeyd etmək lazımdır ki, cədvəllər yeni
informasiya vermək üçün deyil, əvvəllər mənimsənilmiş bilikləri təkrar etmək,
sistemləşdirmək üçün lazım olur.
Tarixə dair tədris cədvəllərinin aşağıdakı
bir neçə növlərini nəzərdən keçirək.
a)
İnkişaf
cədvəlləri - hər hansı bir hadisənin dəyişilməsini, inkişafını göstərir.
b)
Müqayisə
cədvəlləri- belə cədvəlin qrafalarında müqayisə olunan
hadisələrin müqayisə edilən oxşar və yaxud
oxşamayan əlamətləri verilir.
Məsələn, aşağıdakı
cədvəldə qul, asılı kəndli və azad kəndli
bir-birindən fərqləndirilir.
c)Müvafiqlik cədvəlləri
–bu cür cədvəllərdə bir qrafada
bir-birinə oxşar tarixi hadisələr yerləşdirilir, digər qrafalarda isə bu
və ya digər cəhətdən onlara müvafiq gələn hadisələr göstərilir. (Məsələn, “Misir
allahları və onların təmisil etdikləri qüvvələr” və yaxud “Qədim Hindistan
cəmiyyətinin kastalara bölünməsi “cədvəli və s.
ç)Mövzu üzrə sadalama cədvəlləri - bu cədvəllərdə seçilmiş
tarixi faktlar, konkret hadisələr, tipik
əhvalatlar,tarixi xadimlər sadalanır (Məsələn ,”Orta əsrlər görkəmli elm və
incəsənət xadimləri “ cədvəlini tərtib etmək olar) və yaxud aşağıdakı cədvəli
tərtib etmək olar.
d) Xronoloji cədvəllər- zaman münasibətlərinin açılıb
göstərilməsini nəzərdə tutan cədvəllərdir. Xronoloji cədvəllərin bir neçə
variantı ola bilər.
Sadə xronolojı cədvəldə
yalnız 2 sütun vardır ki, bu sütunlarda da hadisələr və onların tarixləri
göstərilir.
Xranolojı cədvəllərin effekti bu cədvəllərdə
tarixi dövrlərin göstərilməsi zamanı artır. Bu isə şagirdlərdə dövrlər və
onların arasındakı əlaqələri görmək təsəvvürü yaradır. Xronolojı cədvəldə
vaxtın məkan parçaları vasitəsilə ifadə edilməsinin böyük əhəmiyyəti vardır. Cədvəldə xətt çəkilir və bu xəttin üzərində əsrlərə, minliklərə
və tarixi dövrlərə müvafiq olaraq hissəciklər ayrılır. Belə cədvəllər zaman
əlaqələrindən baş çıxarmağa və tarixi prosesi dövrlərə bölməyə şagirdlərə kömək
edir.
Xronolojı cədvəllərin bir variantı da
sinxron cədvəllərdir. Belə cədvəlin sütunlarında eyni zamanda bir neçə ölkədə və ya regionda baş verən
hadisələrin siyahısı verilir. Məsələn:
Mən
materialın şərhi və onun təkrarı prosesində tədris cədvəllərini şagirdlərin
iştirakı ilə yazı lövhəsində yaradır, sonra onu şagird dəftərinə qeyd
etdirirəm, eləcə də müxtəlif mövzularla əlaqədar cədvəllər tərtib etməyi evə
tapşırıq verirəm.
II. sxematik rəsmlər- tarixə dair tədris
vəsaitlərinin formalarından biridir. Sxem dedikdə məktəbliləri tarixi
hadisələrin mühüm xüsusiyyətləri ilə tanış edən çertyoj və ya rəsm başa
düşülür. Sxemin ən sadə növü əşyaların sxematik şəklindən ibarətdir. Belə sxem
əşyanın obrazını yaradır (Məsələn, “Pramida” sxemi və ya “Zikkürat” təsviri və
s.).
Mən
tədris prosesində əşyanın real təsviri ilə onun sxematik şəklini tutuşdurmaqla
şagirdlərin şüurunda əşyanın ən mühüm xassələri
və əlaqələrini ayırmağa nail oluram.
III. Kartoqrafik vəsaitlər- kartoqrafik
çertyojlar da adlanır. Bu çertyojların üzərində təbiət və ictimai hadisələr (daglar,
çaylar, sahələr, rabitə yolları, qoşunlar və s.) şərti işarələrlə verilir (Məsələn,
qədim dövlətlərin xəritələri).
Mən
tədris prosesində lazım gəldikdə V-VII
sinif şagirdlərinin gözü qarşısında yazı lövhəsində kartoqrafik vəsaiti
tərtib etməyə daha çox yer verirəm. Əvvəlcə yazı lövhəsində yalnız boş
sahillərlə birlikdə çay işarə edirəm, sonra
yol və caydan keçid, karvansara, ticarət dükanları cəkirəm və tədricən qədim və
ya orta əsr şəhəri yaranmiş olur.
Tarixə
dair katoqrafiq savad ücün kontur xəritəsinin də böyük əhəmiyyəti vardir. Bu xəritələr şagirdlərə dərindən
düşünməyə və mövcud bilikləri möhkəmləndirməyə, xəritə ilə işləmək bacarıgı aşılamağa
kömək edir.
IV.MƏNTİQİ SXEMLƏR.-certyojda hadisələrin
təhlilini və sintezini göstərir.
Məntiqi
sxemin məzmununun daha dərin və şüurlu surətdə mənimsənilməsinə sxemin yeni
materialı izah etmək gedişində şagirdlərin bilavasitə gözü qarşısında cəkilməsi və doldurulması kömək
edir (Məsələn, Qədim Misirin idarəetmə orqanları).
Tarixə dair tədris vəsaiti olan applikasiyalar -öyrənilən dövr üçün tipik olan ayrı-ayrı əşyaların, müxtəlif
ictimai qurupların və s. təsviridir (Məsələn, ətrafinda su olan bir necə
papirus gövdəsinin təsviri -Nil deməkdir; mallarla yüklənmiş araba orta əsrlərdə
kənd ilə şəhər arasında mal mübadiləsini
göstərir; əsgər fiquru bütöv qoşunun simvoludur
və. s. və i.).Tarixi hadisələr haqqındakı ümumiləşdirilmiş biliklərin daşiyicısı olan apilikasiyalardan isdifadə olunması
tarixi hadisələr arasındakı yeni əlaqələri və münasibətləri əyani şəkildə acib
göstərmək ücün şərait yaradır. Qeyd etmək lazimdir ki, Ümumi tarixə dair applikasiyaların
hazırlanması çox yaxşı olardı. Mən applikasiyaların hazırlanması işinə
şagirdləri də cəlb edirəm.
Tarixin
təlimində vəsaitlərdən istifadə - şagirdlərin hansı həcmdə məlumat alması ilə, bu
məlumatların biliklərin obrazlılığına, emosionallığına, biliklərin dərk
edilməsi və möhkəmliyinə necə təsir etməsinə, vəsaitlə aparılan işin şagirdlərin inkişafına, onlarda bacarıq
və vərdişlərin aşılanmasına kömək etməsi ilə müəyyən olunur.
E.ə. VIII- VI əsrlərdə
Afinada quldarlığın mənbələri və qullardan istifadə edilməsi cədvəli.
Əsədov
Seyyub Əsəd oğlu – Şirvan şəhər T. Bağırov adına 11№-li tam orta məktəbin tarix
müəllimi, 2015-ci ildə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi