“
Kasıbın yaşamasındansa, ölməyi məsləhətdir” (Şumer atalar sözü).
Təqribən 6000 il bundan əvvəl İkiçayarasında (Mesopotamiyada)
çox inkişaf etmiş bir mədəniyyət meydana gəldi. Bu unikal sivilizasiyanın
yaradıcıları şumerlər idi. Bu mədəniyyət müstəqil inkişaf yolu keçmiş, nəinki
Yaxın Şərqin, dünyanın bir çox xalqlarının mədəniyyətinə böyük təsir göstərmişdir. Təkcə onu qeyd etmək kifayətdir
ki, şumerlər qızıl bölmə qaydasından, üçlü
say sistemindən istifadə etmiş və Fibonaççi nömrələrini bilirmişlər. Şumer mixi
yazılarında Günəş sisteminin mənşəyi, inkişafı və
strukturu barədə qiymətli məlumatlar vardır. Bu mixi yazılar - gil kitabələr
hazırda Berlin Dövlət Muzeyində saxlanılır. Həmin mənbələrdə mərkəzdə Günəş və
onun ətrafında isə hazırda bizə məlum olan planetlər göstərilir.
Lakin qədim şumer mənbələrində elə məlumatlar
da vardır ki, onlar son illərdə alimlər tərəfindən aşkar olunmuşdur. Beləki, Mars və Yupiter planetləri arasında
onlar bizə məlum olmayan nəhəng bir planet də təsvir etmişlər. Bu sirrli
planeti şumerlər Nibiru adlandırmışlar. Nibiru şumer dilində “ keçid planet”
deməkdir. Bu planetin orbiti böyük ellipis formasında olub, 3600 ildə bir dəfə
Günəş sistemi ilə kəsişir. Nibiru planetinin Günəş sistemi ilə növbəti kəsişməsi hesablamalara görə 2100 və ya 2158- ci illər arasında olacaqdır. Qədim
mixi yazılara görə Nibiru planeti “anunak” adlanan ağıllı insanlarla məskunlaşmışdır.
Onlar boyca çox böyükdürlər. Bu insanların boyları 3-5 metr olmuşdur. Misal üçün qeyd edim ki, Qədim Misir hökmdarı
Exnatonun boyu 4,5 metr, onun həyat yoldaşı gözəl Nefertitinin boyu isə 3, 5
metr olmuşdur. Bizim zamanəmizdə Misir ərazisində (
Tel -əl- Amar) iki qeyri-adi qəbir aşkar
edilmişdir. Onlardan birində mumiyanın başı üstündə “Həyat çiçəyi” həkk
olunmuşdu. Digər qəbirdə isə yeddi yaşlı oğlan uşağının sümükləri aşkar
olunmuşdur ki, uşağın boyu 2,5 metr imiş. Hazırda bu qəbirlər tapıntıları ilə
birgə Qahirə muzeyində saxlanılmaqdadır.
...boyu 3
metr 70 santimetr olan mumiya...
XIX əsrin sonunda İrlandiyanın Antrim qraflığında aşkar edilmiş bu mumiyadakı insanın hər əlində altı barmaq var imiş. Mumiya Dublində, Liverpulda və Mançestrdə nümayiş olunmuşdur. Sonradan onu izi itirilir. Təkcə 1895-ci ildə Britaniya qəzetlərində nəşr olunmuş bu şəkil qalıb....
XIX əsrin sonunda İrlandiyanın Antrim qraflığında aşkar edilmiş bu mumiyadakı insanın hər əlində altı barmaq var imiş. Mumiya Dublində, Liverpulda və Mançestrdə nümayiş olunmuşdur. Sonradan onu izi itirilir. Təkcə 1895-ci ildə Britaniya qəzetlərində nəşr olunmuş bu şəkil qalıb....
Şumerlərin kosmos haqqındakı bilgilərində
əsas hadisə, onların fəlakət adlandırdıqları “ səma döyüşü” 4 milyard il bundan əvvəl baş vermiş hadisədir. Bu fəlakət nəticəsində
Günəş sistemi öz formasını dəyişmişdir. Qeyd edim ki, müasir astronomiya elmi
bu hadisə haqqındakı məlumatları təsdiq edir.
Son
illərdə astronomların sensasiyalı kəşflərindən biri də kosmosda Nibiru planetinin
orbitinə oxşar orbitdə hərəkət edən səma cisminin olması ilə bağlıdır. Şumer yazılı mənbələrində göstərilmiş məlumatların
analizi sübut edir ki, (daha doğrusu belə yozulur) Yer üzündə ağıllı insan (Homo
sapiens) təxminən 300 min il bundan
əvvəl süni yolla genetik mühəndislik yolu ilə yaradılmışdır. (Bu barədə
mübahisə etmək istəməzdim. Hər şey Yaradanın əlindədir). Onu da qeyd edim ki, şumer mixi yazıları
indiyə qədər tam oxunmamışdır. Eləcə də yazıları oxuyan alimlər arasında fikir
müxtəlifliyi də vardır.
Şumer sivilizasiyasının sirləri, qədim şumer
əlyazmalarının şifrəsinin açılması tədqiqatçı alimləri sanki şoka saldı. Bu
mədəniyyət Qədim Roma və Qədim Yunanıstan, Qədim Misir mədəniyyətindən çox - çox
əvvəl meydana gəlmiş unikal bir mədəniyyət olmuşdur. Bu mədəniyyət təqribən
6000 il bundan əvvəl, bəlkə də daha qədim bir mədəniyyətdir. Qədim şumerlərin mədəni nailiyyətlərinin natamam və qısa
siyahısını təqdim edirəm.
Şumer mixi yazılarının oxunmasından sonra
məlum oldu ki, bu xalq bir çox müasir elmi biliklərə - kimya, fitoterapiya,
kosmik biliklər, astronomiya, müasir riyaziyyat və digər biliklərə malik
imişlər. Şumerlərdən sonra bəzi elmi bilikləri müasir dövrdə ancaq EHM kəşf
edildikdən sonra öyrənilmişdir. Şumerlər müasir gen mühəndisliyi haqqında da
elmi biliklərə sahib imişlər. Qədim şumerlərin öz dövlət quruluşları olmuş,
onlarda andlılar məhkəməsi, seçkili xalq orqanları, idarəetmə institutları
mövcud olmuşdur. Belə bir dövrdə bu cürə
elmi biliklərə malik olmaq olardımı? 6000 il bundan əvvəl....? Anlamaq üçün o
dövr haqqında bəzi məlumatları nəzərdən keçirək. Altı min il bundan əvvəl Yer
üzündə orta temperatur indikindən bir
neçə dərəcə çox olmuşdur. Bu isə elə də əhəmiyyətli deyil. Bu hadisə optimal temperatur adlanır.
O dövrdə
təkcə şumerlərmi elmi biliklərə sahib
idilər? Məsələn, elə təxminən həmin dövrlərdə Mərkəzi Afrikada Şumer
sivilizasiyasından çox uzaqda, digər tayfa və etnik qruplardan tamamilə təcrid
olunmuş şəkildə “doqon” adlanan tayfalar yaşamışlar. Onların da ulduz sistemi
haqqında məlumatları olmuşdur. Bu
paralel müqayisələri diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, “doqon”
tayfaların əfsanələrində göydən gələnləri tanrı kimi qəbul olunurdusa, şumer
gil kitabələrində onlar gələnləri real olaraq təsvir edir və bunları Nibiru
planeti ilə əlaqələndirmişlər.
Şumer yazılarında Nibiru planeti haqqında
məlumatları uzun illər əfsanələr kateqoriyasına aid etmişlər. Lakin son iki
ildə kosmosda naməlum səma cisminin kəşf edilməsi və bu cismin məhz elə
şumerlərin söylədikləri Nibiru planeti olduğuna alimlərdə əminlik yaranmışdır. Alimlər müəyyən etmişlər ki, bu səma cismi
hər 3600 ildən bir Günəş sistemi ilə kəsişir. Mars və Yupiter planetləri
arasında yerləşir. Bu isə şumer əlyazmalarında 6000 il əvvəl verilmiş
məlumatlarla üst-üstə düşür. Belə bir məlumatı qədim şumerlər hardan bilə
bilərdilər?
Nibiru planeti şumer sivilizasiyasının sirli və müəmmalı olmasında çox
böyük rol oynamışdır. Şumer yazılı mənbələrində göstərilir ki, onlar Nibiru
planetinin sakinləri ilə -“anunak”larla əlaqə qurmuşlar. Biz şumer yazılarında
Yer əhalisinin Nibiru planetinin sakinləri ilə asimilyasiyasından da söhbət
getməsi fikirlərinə rast gəlirik. Müxtəlif dinlərdə “göydən enən”lər haqqında
çoxlu məlumatlara rast gəlmək olur. Adəm övladının “göydən enən”lərlə ünsiyyəti
haqqında məlumatlar mövcuddur. Tarixdə
bir çox elm adamlarının yerdən kənar qüvvələrlə əlaqələrinin olması haqqında
maraqlı məlumatlar vardır. Bunlardan Tsialkovski, Vernadski və Çijevski
haqqında məlumatlar daha maraqlıdır. Onu
da qeyd etmək lazımdır ki, şumer mixi yazıları İncil kitablarından da çox
məlumatlar verir. Belə məlumatların birində xəbər verilir ki, “anunak”lar ilk
dəfə Yerə 445 min il bundan qabaq gəlmişlər.
Şumer
əlyazmalarına əsasən belə bir suala cavab axtaraq:- Niyə 445 min il bundan
əvvəl Nibiru sakinləri Yerə gəlmişlər? Mənbələrə görə onları faydalı
qazıntılar, xüsusən qızıl maraqlandırırmış. Yenə sual yaranır: - Niyə ? Nə
üçün?
Əgər Nibiru
planetinin ekoloji cəhətdən problemlərini nəzərə alsaq, belə cavab vermək olar
ki, bu qızıllar planet üçün qoruyucu ekran yaradılmasına sərf edilə bilərdi. Qeyd edim ki, belə üsullardan
müasir dövrdə bir çox kosmik layihələrdə istifadə olunur.
Maraqlı fakt:
Arxeoloji
tədqiqatlar zamanı sübut olunmuşdur ki, Cənubi Afrikada, hələ daş dövründə dağ - mədən işləri
aparılmışdır. 1970-ci ildə Svalizenddə,
20 metrdən də dərin olan geniş dağ - mədən şaxtaları aşkar olunmuş və mütəxəssislər
sübut etmişlər ki, bu şaxtalarda 100. 000 il bundan əvvəl mədən texnologiyaları
tətbiq edilmişdir. Beynəlxalq Fiziklər Qrupu 1988-ci ildə ən müasir avadanlıqların
köməyi ilə Svazilend yaşayış məskəninin yaşını müəyyən etmişlər. Təqribən 115-
80 min il bundan əvvələ gedib çıxan bu yaşayış məskənində Homo Sapiens
sümükləri aşkar olunmuşdur. Eləcə də sübut olunmuşdur ki, buradakı “ağıllı insan”lar yerdən qızıl çıxarırmışlar. Maraqlıdır, daş dövrünün
insanlarına bu qədər qızıl nə üçün lazım imiş? Mədən texnologiyaların hardan bilirmişlər? Bu qızıllar hara
gedirmiş? ...
Bütün bu
sualların cavablarını isə bilən təkcə şumerlər olmuşdur.
Şumerlər ilk dəfə olaraq rəngli şüşə
istehsal etməyi, qızılı gümüşlə, bürüncü sümüklə qarışdırmağın üsullarını kəşf
etmişlər. Onlar ilk təkəri, ilk yazının da yaradıcısıdırlar. Şumerlər ilk
professional ordunun da yaradıcısıdırlar. Cəbrin və hüquqi məcəllələrin ilk yaradıcısı da şumerlərdir. Şumer kahinlərinin hesablamalarına görə bir il
365 gün, 6 saat, 15 dəqiqə, 41 saniyə olaraq göstərilir. Bu da bizim müasir
dövrdəki hesablamalarla demək olar ki, eynidir. Məhz Qədim Şumerdə ilk məktəblər meydana gəlmiş,
ilk tarixçilər yetişmiş və ilk tarixi
əsərlər, meydana gəlmişdir. İlk dəfə əkinçilər üçün “ almanax” yazılmış, tibbi prosedurlar və
cərrahiyyə əməliyyatları zamanı əllərin spirtlə dizinfeksiya edilməsi haqqında
ilk məlumatlar da şumerlərə məxsusdur. Şumer tibb elmi özünün diaqnoz qoyma və
müalicə reseptlərinə elmi yanaşması ilə seçilmişdir. Qədim şumerlər əla səyyah
və tədqiqatçılar idilər. Dünyada ilk gəmiqayıran da onlar olmuşlar. Bir şumer
yazı lüğətində 105-dən çox müxtəlif gəmi
adlarına, onların növləri, ölçüsü və
təyinatı məsələlərinə, hansı yüklərin daşınmasına aid məlumatlar vardır. Bir
gil kitabədə gəmilərin təmiri ilə əlaqədar e.ə. 2200-ci ilə aid yazıda gəminin
necə təmir olunması və bu zaman istifadə olunmuş materialların siyahısı verilmişdir.
Bu məlumatlardan bəlli olur ki, bu gəmi müasir ən böyük tankerlərdən də böyük olmuşdur. Qədim
şumerlərdə ilk dəfə kosmik fəza və kosmos elmləri haqqında biliklər meydana
gəlmişdir. Məhz onlarda ilk dəfə atalar sözləri, zərb məsəllər və aforizmlər
topluları meydana gəlmişdir. İlk kitab kataloqlarını da şumerlər yaratmışlar. İlk ədəbi debatlar da
onların adı ilə bağlıdır. İlk pulları da şumerlər kəsmişlər. İlk dəfə vergi
tətbiq edən, ilk qanunlar yaradan, ilk sosial islahatlar keçirənlər də şumerlər
olmuşdur. İlk vətəndaş cəmiyyəti də məhz şumer cəmiyyətində yaradılmışdır.
Şumer mədəniyyətinin qərbdən hücum etmiş tayfaların hücumları nəticəsində
süqut etdiyi söylənilir. ...E.ə. XXIV əsrdə Akkad hökmdarı Sarqon Şimali
Mesopotamiyanı tutdu və bu qədim sivilizasiya süqut etdi. ...
Bu yazını
yazmaqda əsas məqsədim odur ki, oxucular dərk etsinlər ki, ən qədim tarixi
yazıları qorumaq əsl tarixçilərin ən ümdə
işi olmalıdır. “Məsələn; Qədim şumer mətnlərinin birində dərsini oxumayan,
atasının məsləhətlərinə qulaq asmayan şagird haqqında məlumat verilir... qısa mətndən
bəlli olur ki, qədim zamanlarda dərs oxumayan övladlar üçün valideynlər narahat
olurmuşlar. Ata məktəbli övladından razı qaldıqda, ailədə hamı sevinərdi. ...
Başqa bir
kitabədə belə yazılır: “ Şagird məktəbdə ... yaxşı səy göstərmədiyi üçün müəllim
tərəfindən ona bir çubuq vurulur. Bunu gözləməyən şagird pərt olur. Evə gəldikdən
sonra əhvalatı atasına danışır. ... Ata müəllimi evə dəvət edərək onu süfrənin ən
yuxarı hissəsində oturdur.... “Ata müəllimə öz təşəkkürünü bildirdi və müəllimə
təzə geyim, bahalı hədiyyələr verərək, barmağına qızıl üzük taxdı. ..“... Belə hekayələr qədim şumerlərdə çox
yayılmışdı. Qazıntılar zamanı bu hekayənin 21 nüxsəsi tapılmışdır. Amerika
alimi C. Kramer belə hesab edir ki, müəllimin evə dəvət edilməsi və ona ehtiram
göstərilməsi yaltağlığın tarixini göstərən ilk faktdır. Çex alimi J. Klimaya
görə, müəllimə hədiyyə verilməsi rüşvətxorluğun tarixinə aid ilk sənəddir.
Müasir dövr baxımından müəllimin aldığı hədiyyə rüşvət kimi, şagirdin atasının hərəkəti isə yaltaqlıq kimi qiymətləndirilə
bilər. Lakin bu mülahizə həqiqətdən xeyli uzaqdır. ...“(Y.Yusifov.Qədim Şərq
tarixi. Bakı. 1993. səh. 140).
Bu hekayəni tələbkar müəllim və çalışmağa səy
göstərən şagird surəti kimi qəbul etmək də olar... Hekayəni Şərq adət-ənnənəsinə
uyğun olaraq müəllimə göstərilən ehtiram və qonaqpərvərliyin ilk yazılı nümunəsi
kimi qəbul etmək mümkündürmü? ....
Əsədov Seyyub Əsəd oğlu
Şirvan şəhər
11№-li tam orta məktəbin tarix müəllimi, 2015-ci ilin “Ən yaxşı müəllimi”
müsabiqəsinin qalibi