Qubalı Fətəli Xan

Qubalı Fətəli xanın həyatının bəzi məqamları
     Azərbaycan tarixində 1747-ci ildən, yəni Nadir şah Əfşarın ölümü ilə müstəqil xanlıqlar dövrü başlayır.
     Azərbaycanın görkəmli dövlət xadimi, xırda xanlıqlara bölünmüş ölkənin birləşməsi uğrunda çalışmış  Qubalı Fətəli xan haqqında dolğun məumatı İsgəndər bəy Hacınski 1847-ci ildə “Kafkaz” qəzetinin 48-49-cu nömrələrində nəşr etdiyi məqaləsində vermişdir.
       Bir çox tarixçilər Fətəli xanın şəxsiyyətinə yüksək qiymət vermiş, onu tədbirli, mərhəmətli,  igid, yorulmaz bir şəxs kimi səciyyələndirmişlər. Qubalı Fətəli xan XVIII əsrin II yarısında Qafqazda öz uzaqgörənliyi, zəkası və tədbirləri ilə olduqca şöhrət tapmış bir insan olmuşdur. Quba hakimi Hüseynəli xanın oğlu Fətəli 1736-cı ildə anadan olmuşdur. Yaxşı tərbiyə almış, elmlərə yiyələnmişdir. Atası onu 1756-cı ildə, 20 yaşında ikən Salyanın fəthinə göndərmiş, Fətəli bu tapşırığı layiqincə yerinə yetirmişdir. Fətəli xan 1789-cu ildə Bakıda 54 yaşında ölkəmiz üçün hərbi, həm də siyasi cəhətdən şərfəli olan ömrünü başa çatdırdı. Bu mərd adamın igidliyi, zəkası, hərbi və siyasi istedadı olmaqla yanaşı, o həm də mehriban, ədalətli bir şəxs olmuşdur. Özünə tabe olanların qaygısına qalar, onlara köməklik edərdi. İnsanların həyatını əlində oyuncaq etməz, səxavətli olduğu kimi, qənaətkar idi. Onun zahiri qiyafəsi, rəftarı hər kəsdə ona qarşı qeyri-iradi ehtiram hissi oyadırdı.


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.