4 noyabr saat 10:00-dan etibarən Respublika Fənn
Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə başlanılacaq.
Qeydiyyat prosesi 18 noyabr saat 12:00-dək davam edəcək.
Şagirdlər https://portal.edu.az/
platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində
müvafiq elektron xidmətdən faydalana bilərlər.
Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar
051 206 78 48 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.
Şagirdlər qeydiyyatdan keçdikdən sonra əvvəlcə
noyabr ayında məktəb turunda iştirak edəcəklər. Məktəb turunun keçirilmə
tarixini təhsil aldıqları ümumi təhsil müəssisələrindən öyrənməlidirlər. Məktəb
turunda uğurlu nəticə göstərən şagirdlər Regional Təhsil İdarələrinin nəzdində
yaradılmış Təşkilat Komitəsinin qərarı ilə, 2026-cı ilin yanvar ayında keçiriləcək
rayon (şəhər) mərhələsində iştirak hüququ qazanacaqlar.
VIII–XI sinif şagirdlərinin iştirak etdiyi
Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya,
informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn
üzrə təşkil olunur.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd
şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və
yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının
inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin
ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
Mənbə:
https://arti.edu.az/2025/11/03/respublika-f%c9%99nn-olimpiadalarina-qeydiyyat-baslayir-3/


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq  Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)