Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) fəaliyyətinin mühüm istiqamətlərindən biri bərabərliyin təmini və
ayrı-seçkiliyin qarşısının alınması ilə bağlıdır. Bərabər rəftar və
ayrı-seçkiliyə məruz qalmama hüququ, eləcə də ifadə azadlığı fundamental insan
hüquq və azadlıqlarından biridir. Bu istiqamətdə ictimai məlumatlılığın
artırılması məqsədilə Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə "Nifrət
nitqi və ksenofobiya ilə mübarizə kontekstində ayrı-seçkiliyin qadağan olunması
prinsipi və ombudsmanların rolu” adlı xüsusi maarifləndirici vəsait hazırlanıb.
Sözügedən vəsaitdə nifrət nitqinin anlayışı, növləri, əlamətləri barədə geniş məlumata
verilir, nifrət nitqinin və ayrı-seçkiliyin aradan qaldırılması sahəsində
mövcud olan beynəlxalq sənədlərdə təsbit olunmuş normalar, tətbiq olunan
qabaqcıl beynəlxalq təcrübələr təhlil edilir, eləcə də bu istiqamətdə ombudsmanların
həyata keçirdikləri fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat təqdim
olunur.
Mənbə: https://bit.ly/4kKtuhH