Krakov növbəti Beynəlxalq Festivala hazırlaşır

 

Qonaqpərvər Krakov şəhəri üçüncü dəfədir ki, “Rekitskoye sozvezdiya”  XXI Beynəlxalq Gənc İstedadlar Festivalına ev sahibliyi edir. Krakovdakı Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (MALiJ) filialının rəhbəri, Akademiyamızın fəxri professoru İrena Kruçekin sözlərinə görə, festivalın təntənəli açılışı 2024-cü il iyun ayının 12-də “SIEMACHA” icmasında olacaq. Ukraynadan və xarici ölkələrdən olan müsabiqə iştirakçıları, yaşı 26-dan yuxarı olmayan məktəblilər və tələbələr münsiflər heyətinə rəsm, bədii fotoqrafiya, mahnı, xoreoqrafiya, vokal ifası, etnoqrafiya: xalq sənəti, adət-ənənələr, informasiya texnologiyaları, robototexnika, kino və video təqdim etməlidirlər. Münsiflər heyəti iyun ayının 12-dən iyul ayının 14-dək müsabiqə üçün işləri qəbul edəcəkdir. İştirakçılar işlərini  festiwal@siemacha.org.pl elektron poçt ünvanına göndərilməlidir. Göstərilən tarixdən sonra göndərilən işlər qiymətləndirilməyəcək. İyul ayının 18-də “SIEMACHA” icmasının konfrans zalında yekun nəticələrin elan edilməsi, canlı yayımda festivalda iştirak etmiş qaliblərə mükafatların təntənəli təqdimatı, qala-konsert və festivalın təntənəli bağlanışı olacaqdır. İştirakçılara  “Rekitskoye sozvezdiya” XXI Beynəlxalq Gənc İstedadlar Festivalına uğurla hazırlaşmalarını, təşkilatçılara Festivalı uğurla keçirilməsini, münsiflər heyətinin hörmətli üzvlərinə isə məktəb və şagird işlərinə obyektiv qiymət vermələrini arzulayırıq.

Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının mətbuat xidməti

Mənbə: https://academy-malig.info/malig-inform/3232-krakiv-hotuietsia-do-mizhnarodnoho-festyvaliu.html


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.