Elm və Təhsil
Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər
arasında sorğu keçirilir.
Sorğu təhsilverənlərin
nazirliyin mətbu orqanları haqqında məlumatlılıq və bu resurslara əlçatanlıq səviyyəsinin
qiymətləndirilməsi məqsədilə təşkil olunur. Sorğuda iştirak üçün təhsilverənlər
müvafiq linkə keçid etməlidirlər: https://anket.edu.az/form/266
Qeyd edək
ki, sorğu zamanı tələb olunan Fərdi İdentifikasiya Nömrəsi (FİN) həmin təhsilverənin
hazırda çalışdığının sistem tərəfindən yoxlanılması və iştirakına icazə verilməsi
üçündür. FİN-in qeyd edilməsi təhsilverən haqqında məlumat toplanılması məqsədini
daşımır.
Anonim sorğu
aprelin 28-dək davam edəcək.
#ElmVəTəhsilNazirliyi
#EduAz #Sorğu
Mənbə: bit.ly/3Q1v2Yh