Dövlət ümumi təhsil müəssisələrində müddətsiz
müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə
elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.
Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və
Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər
www.miq.edu.az/yerdeyishme
linkinə daxil olaraq müraciət edə bilərlər.
Sənəd qəbulu 13 aprel saat 11:00-dan 20 aprel saat
11:00-dək davam edəcək.
Mənbə:
https://muallim.edu.az/is-yerini-deyismek-isteyen-muellimlerin-nezerineqeydiyyat-baslayir


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)