Bərin qətliamı: 36-cı ildönümü

Bərin qətliamı: 36-cı ildönümü

TARİXİ YADDAŞ  |  5 Aprel 2026

5 aprel 1990-cı ildə baş vermiş Şərqi Türküstan üsyanının bu gün 36-cı ildönümüdür. Həmin vaxt Bərin xalqı Çinin soyqırım müstəmləkə siyasətinə, o cümlədən Şərqi Türküstan Uyğur qadınlarına qarşı kütləvi məcburi abortlara qarşı üsyan etdi. Çin buna 20.000 əsgər, hərbi gəmi və artilleriya ilə cavab verdi.

Bərin üsyanı müstəmləkə əleyhinə haqlı bir müqavimət hərəkəti idi. Bu, millətin tabeçiliyi qəbul etməkdən imtina etməsi idi. Bərin şəhidlərini yad edirik və Çinin işğalına, müstəmləkəçiliyinə və soyqırımına son qoymağı tələb edirik.

Şərqi Türkistanın Bərin qəsəbəsində 5 aprel 1990-cı ildə baş verən "Bərin Qətliamı" 36-cı ildönümündə də acısını hiss etdirməyə davam edir. İşğalçı Çin qüvvələrinin böyük bir qətliama imza atdığı bu hadisədə minlərlə Şərqi Türkistanlı şəhid olmuş, beşikdə yatan bir körpənin cəsədindəki 77 güllə izi isə dünyanı dəhşətə gətirmişdi.

HƏLAK OLANLAR

3.000+

HƏBS EDİLƏNLƏR

7.600+

ÇİN ƏSGƏRİ

20.000

İLDÖNÜM

36-cı

 BƏRİN QƏTLİAMI NƏDİR?

Şərqi Türkistanın ən mühüm şəhərlərindən biri olan Qaşqar vilayətinin Aktü nahiyəsi ərazisindəki Bərin kəndində, 5 aprel 1990-cı ildə Ramazan ayının 17-ci günü müsəlman türklər bölgədəki bir məscidi ibadətə yararlı hala gətirmək istədi.

Bu cəhdi maneə törədən Çin qüvvələrinə qarşı duran türklər əvvəlcə ibtidai alət-avadanlıqla, sonra isə Çinlilərdən ələ keçirdikləri silahlarla döyüşə başladı və toqquşmalar getdikcə şiddətləndi. Günlərlə davam edən və milli azadlıq savaşına çevrilən bu regional müharibənin ən mühüm xüsusiyyəti, Çin kimi bir işğalçı gücə qarşı bir ovuc Şərqi Türkistanlının baş qaldıra bilmiş olması idi.

"Milli azadlıq hərəkatı ideyasının yox olması isə bir millətin tamamilə məhv olması deməkdir. Buna görə bizdən sonra başqa millətlərin bizə 'Yox olmuş bir millət' damğası vurmaması və milli azadlıq hərəkatı ideyasının silinib getməməsi üçün şəhid olmağa hər an hazır olmağımız gərəkir..."

-Zeydin Yusuf (Zeydin Qari), 1990-cı ilin mart ayı

BUGÜNKÜ VƏZİYYƏT

Bu gün Şərqi Türkistanda yaşanan vəhşət və zülm dünyanın heç bir yerində yaşanmır. Bir milyondan çox insan neonazi düşərgələrini xatırladan istintaq mərkəzlərində, bir o qədər insan isə Çin zindanlarında müxtəlif işgəncələrlə həyatını itirir. Xalqın hörmət etdiyi din xadimləri və alimlər tutularaq həbsxanalarda işgəncə ilə öldürülür.

Çinin həyata keçirdiyi “qardaş ailə” layihəsi də qəbuledilməz bir şeydir: hər müsəlman ailəsinin yanına məcburi Çinli qonaq yerləşdirilir. Bundan əlavə, sistematik şəkildə qətlə yetirdikləri insanların orqanları dövlət əliylə beynəlxalq orqan mafiyası vasitəsilə satılır.

Çin Şərqi Türkistanda açıqdan kütləvi qırğın etməsə də, sistemli şəkildə məhv etməyə çalışır və bunu dünyanın gözünün içinə baxa-baxa edir.

BU SÜKUT - NƏ VAXTA QƏDƏR?

Bütün dünya ölkələri susur.

İslam ölkələri susur.

İnsan hüquqları müdafiəçiləri susur.

Birləşmiş Millətlər susur.

İslam Əməkdaşlıq Təşkilatı susur.

Bərin şəhidlərini yad edirik. Şərqi Türküstan işğal olunmuş bir ərazidir. Onun müstəqilliyi bərpa olunacaq!

Qaynaq:

1.https://www.facebook.com/xamida.parxatova/posts/pfbid0EfJPpgLbvd6qLAZ4KJK8g3W5VLrF3G7ZrNkQMdQU4QjvWeX5MSXpj4QHMbKaM8H7l

2.https://tr.wikipedia.org/wiki/Bar%C4%B1n_Ayaklanmas%C4%B1

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.