Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki ilə verilmiş cədvəldə tanış ola bilərsiniz.
İmtahanların qrafiki Mərkəzin
saytının “Təqvim” bölməsinə də əlavə edilir. Vətəndaşlara saytın bu bölməsini
mütəmadi olaraq izləməyi tövsiyə edirik. Digər imtahanların tarixləri dəqiqləşdikcə
(və ya imtahan qrafikində hər hansı dəyişiklik olduqda) “Təqvim”ə əlavə olunur.
Tam (11 illik) orta təhsil səviyyəsi
üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək.
Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla da cədvəldə tanış ola
bilərsiniz. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin
imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə
bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb.
İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında
yerləşdiriləcək. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və
rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və
Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər).
Keçmiş məcburiköçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri
təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə
imtahan verirlər.
Ümumi (9 illik) orta təhsil səviyyəsi
üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil
olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat
veriləcək.
Ali təhsil müəssisələrinə qəbul
imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun
I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.
Əvvəlki illərin məzunları üçün ali təhsil
müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.
I, II, III və IV ixtisas qrupları üzrə
ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq
imtahanı may ayında təşkil olunacaq.
I, II, III və IV ixtisas qrupları üzrə
qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında
keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may
aylarında aparılacaq.
Digər imtahanların qrafiki ilə cədvəldə tanış ola bilərsiniz.
Tam ətraflı:


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)