Mixael Laytman yazır:
Amazon qurucusu Ceff Bezos Los-Ancelesdəki kosmos
konfransında demişdi: “Kosmosa köçmək bizim seçə biləcəyimiz bir şey deyil. Bu,
etməli olduğumuz bir işdir”. Mərhum astrofizik Stiven Hokinq də əvvəllər eyni
fikri söyləmişdi.
Onun sözlərinə görə, bəşəriyyətin Yer kürəsindəki
vaxtı sona çatır. Yalnız başqa planetlərə köçmək bəşəriyyətə yeni müharibələrin
və bəşəriyyətin məhvinin qarşısını alan ümumi məqsəd verəcəkdir. Əgər buna
amerikalı milyarder İlon Maskın bir milyon insanı Marsa köçürmək planlarını da əlavə
etsək, qiyamət zamanı bizi nələrin gözlədiyinin təsvirini alarıq.
Bəs niyə kosmosa köçməliyik? Axı bizim kiçik
planetimizdə geniş ərazilərdə çatışmazlıq yoxdur. Dünyada insanın ayaq
basmadığı bir çox yerlər var və onlar yaşayış üçün əlverişlidir. Yer kürəmiz
200 milyarda qədər sakini yerləşdirə bilər, buna görə də əhalinin həddindən
artıq çoxalması təhlükəsi yoxdur. Yerdəki iqlim isə bizim inkişafımız üçün ən əlverişlidir.
Bir-birimizlə anlaşa bilmədiyimizə görə planetin yarısını məhv etdik, indi
Qırmızı Planetlə də eyni şeyi etməyəcəyik?
Mən elmə qarşı deyiləm, əksinə, Ay və Marsdakı
laboratoriyaların biliklərimizi zənginləşdirəcəyinə inanıram. Lakin kosmosun tədqiqi
ilə bəşəriyyətin oraya köçürülməsi arasında böyük fərq var. Alimlərin
proqnozlaşdırdığı və Hollivudun belə rəngarəng təsvir etdiyi planetimizdəki fəlakətin
başqa planetdə də baş verməyəcəyinə heç bir zəmanət yoxdur.
...görək futuroloqların tutqun proqnozlarının gerçəkləşməsinin
qarşısını almaq üçün nə etməliyik. Onda anlayacağıq ki, bəşəriyyəti özündən
xilas etmək üçün bəzi alimlərin hesab etdiyi kimi kosmosa köçməyə ehtiyac
yoxdur. Sadəcə aramızda yaxşı əlaqələr qurmağı öyrənməliyik.
.....Yerdəki varlığımızın müəyyən bir məqsədi
olduğunu öyrənirik. Ona görə də başqa planetə köçmək bizim taleyimizi heç bir şəkildə
dəyişməyəcək (P.S. Bu sözlərlə razıyam).
Ümumi Yaradılış planına görə, həqiqətən də başqa
bir kainata doğru yolda olsaq da, bu kainat fiziki deyil. Bu, mənəvi ölçüdür və
bir-birimizlə qəlbimizlə əlaqə qurmaq istəyi ilə yaranır. Bizdə belə bir arzu
yarandıqda ətrafımızdakı kainatın “şəffaf” olduğunu hiss etməyə başlayırıq və
onun vasitəsilə yeni reallığa nüfuz edirik.
Bu necə baş verə bilər? Təbiətin bütün hissələri
mütləq harmoniya ilə qarşılıqlı əlaqədədir. Yalnız biz öz eqoizmimizlə bu
sistemə nifaq salırıq. Biz harmoniyanı pozan mənfi qüvvə yaradırıq.
Ancaq eqoizmimizi dəf edə bilsək, aramızda yaxşı,
müsbət əlaqələr yaratsaq, təbiətin ümumi müsbət qüvvəsinə uyğunlaşmağa başlayacağıq. Bunun bizə necə kömək etməyə başladığını hiss
edəcəyik. ...
Düzgün əlaqələr yaratmaq bizə yeni dərrakə və hamı
üçün ümumi olacaq yeni hisslər bəxş edəcək. Maddi dünyanı ikinci dərəcəli hala
gətirərək bizi doyduracaq. Əsas odur ki, bizim yeni, mənəvi dünyamız hiss
olunacaq. Biz özümüzü yalnız maddi bədəndə mövcud kimi hiss etməyi
dayandıracağıq. Bu varlıq zaman və məkandan kənarda, əbədi və sonsuz olacaq.
Məhz buna görə də ... (dərk edənlər) Bezos, Hokinq,
Mask və digər bunlar kimi futuroloqlarla razılaşmırlar,... . ..Zohar kitabında
bəşəriyyətin həyat və ölümdən üstün olan əbədi varlığa yüksəlməli olduğu yol təsvir
edilmişdir. İstəsək də, istəməsək də hamımız bu yolla gedirik. Ona görə də
Marsda həyatın olub-olmayacağı sualına belə cavab verəcəm:
“Xeyr, həyat yalnız aramızda olan əlaqədə
mövcuddur” (P.S. M. Latymananın bu sözləri ilə də razıyam).
Mənbə: https://bit.ly/40a7WUp
Rus dilindən kiçik dəyişikliklərlə tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).