Tarixçi kimdir?
Tarixçi təkcə tarixi öyrənən elm adamı deyil, tarixçi bir həyat tərzi, bir
dünyagörüşü, qarşıya qoyulmuş məqsədə çatmaq və zehni əmək sərf etməkdir.
Hörmətli oxucu!
QorşkovaY.Q., Şişka Y.A. tərəfindən rus dilində yazılmış
XIX-XX əsr alimlərindən
biri, tarixçi, filoloq, diyarşünas, Sankt - Peterburq İmperator Universitetində
orta əsrşünaslıq məktəbinin banisi, müasir şəhərşünaslıq və diyarşünaslıq işlərinin
yaradıcılarından biri İvan Mixayloviç Qrevs haqqında yazını oxudum. Yazını
oxuyarkən görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, ən
sevimli müəllimim və ustadım mərhum
Seyidağa Onullahini, onun millət, Vətən təəssübkeşliyini xatırladım. Bütün
bunların maraqlı tarixi faktlar olduğunu nəzərə alıb yazını olduğu kimi tərcümə
etməyə çalışdım. Əsas yazını dəyişmədən 2 yerdə əlavələr etdim və qırmızı rənglə
işarələdim (Əlavə
1, Əlavə 2).
Məqalənin PDF
formasını yerləşdirirəm. https://bit.ly/3ZAocO6
İnanıram ki, yazı
tarixlə maraqlanan azərbaycanlı oxucular üçün faydalı olacaqdır.