“Müəllim olmaq asan deyil, xüsusilə
ümumi təhsil müəssisəsində”.
Sinxron Fənlər “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu sözləri elm və təhsil
naziri Emin Əmrullayev dünən Xəzər TV-yə müsahibəsində səsləndirib. O, jurnalistin “Nazir
olmasaydınız, müəllim kimi fəaliyyət göstərərdinizmi?” sualına cavab verərkən
bildirib ki, müəllimlik, qürurlu, lakin çətin peşədir. İlk növbədə, əsəblərini
yaxşı cilovlaya bilən insanlar bu sahədə çalışmalıdır. “Əsasən, ali təhsil müəssisələrində
müəllimlik fəaliyyətim olub. Böyük məmnuniyyətlə müəllimlik
fəaliyyəti ilə məşğul olmaq istərdim”, - deyə nazir əlavə edib.
Mənbə:
P.S. Yetər Kərimli xanım yazdığınız “dırnaq” boyda
yazıda böyük məna vardır. Sağ olun.