Məlum olduğu
kimi, 2025-ci il martın 2-də Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail,
Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə),
Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala,
Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad,
Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran,
Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər
2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi
tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Martın 2-də tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də
imtahan verirlər.
“Azərbaycan
müəllimi” xəbər verir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/
linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri
isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər
iş nömrəsini buradan öyrənə bilərlər.
Buraxılış vərəqəsini
çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin
“Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən
sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən
verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Şagirdlər
imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
-İmtahana
buraxılış vərəqəsi;
- Şəxsiyyəti
təsdiq edən sənədin əsli:
a) Azərbaycan
Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil
olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş
icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə
üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində
şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən
verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeydlər:
- Şagirdlər
bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Məcburi
köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin
yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
- Peşə
liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə
uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin
məzunları martın 2-də imtahan verəcəklər).


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)