Sentyabr
ayında dövlət qulluğuna qəbulla əlaqədar səriştə modelini sınaqdan keçirəcəyik. “Report” xəbər verir
ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bundan əvvəl səriştə
modelinin axırıncı versiyası ilə bağlı beynəlxalq ekspertlərlə fikir mübadiləsi
aparılacaq: “Çox vacib mərhələdir. Bu model üzrə iki ildir işləyirik.
Hazırda bu modelin tətbiqinə başlamaqla 2024-cü ildə sınaq, 2025-ci ildə isə
qanunvericiliyə dəyişiklik etməklə dövlət qurumlarına işə qəbul prosesini həyata
keçirəcəyik”. DİM
sədri bildirib ki, səriştə modelinə əsaslanan qəbul daha keyfiyyətli,
bacarıqlı, dövlət qulluğunda bütün prosesləri şəffaf keçirməyə imkan verəcək.
Mənbə: bit.ly/3RfvPyU