“Pedaqoji
fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu
üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə
ixtisasların siyahısı müəyyənləşib. “Azərbaycan müəllimi” xəbər verir ki,
siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə
qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili
olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim
kurslarına cəlb olunacaq.
Mənbə:
https://www.muallim.edu.az/news.php?id=29805