Bütün bunlar termodinamikanın “sinir
pozan” qanunlarına əsaslanır. Enerji haqqında öyrəndiyimiz
vaxtdan, onun fizika qanunlarını pozduğunu öyrənənə qədər insanlar əbədi bir
mühərrik yaratmağı xəyal edirdilər. Daimi hərəkət maşını-mühərrik, işə salındıqdan sonra nəzəri olaraq ona əlavə enerji sərf etmədən əbədi
olaraq hərəkətdə qala bilən cihazdır. Çoxları belə
bir maşın yaratmağa çalışmış, lakin nəticə əldə edə bilməmişlər. Belə
bir cihazın ilk layihələri arasında Villar de Onnekurun “Perpetuum Mobile”si də
var. Təqribən 1225-1235-ci
illər arasında təklif edilən bu cihaz, təkəri ona bərkidilmiş çəkiclər vasitəsilə
hərəkətdə saxlayacaqdı. Villar
yazırdı:
“Ustalar uzun müddət təkərin öz-özünə dönməsini müzakirə etdilər...Bu, müəyyən sayda çəkic və ya civə ilə
edilə bilər”. Problem, əlbəttə
ki, çəkicləri qövsün yuxarısına qaldırmaq üçün tələb olunan qüvvənin təkərin
digər tərəfdən düşən çəkiclərdən aldığı qüvvədən daha böyük olmasıdır.
Aşağıdakı video bunun praktikada necə işlədiyini göstərir. Beləliklə,
görürsünüz ki, sonsuza qədər pulsuz enerji vermək əvəzinə, sistemə heç bir əlavə
enerji (böyük təkan) qoyulmadan struktur dərhal dayanır.
Video1: https://www.youtube.com/watch?v=7qPUxb2wg8o&t=1s
Bu cür maşınlar Nyutonun sinir pozucu qanunları
onları nəzərdən qaçırmadan çox əvvəl instinktiv olaraq absurd kimi rədd
edilirdi. “Ay, siz əbədi mühərrik
axtaranlar, nə qədər boş qeyri-mümkün və qəribə arzuların ardınca getmisiniz?”. deyilənlərə görə Leonardo da Vinçi belə
cihazları yaratmağa cəhd edənlərə deyib:”Gedin və kimyagərlər arasında öz
yerinizi tutun”. Da Vinçi hər iki tərəfə “oynamaqda” günahlandırıla bilər,
çünki onun qeyd dəftərində bir neçə müxtəlif daimi hərəkət maşınları üçün
dizaynlar qeydə alınıb (baxmayaraq ki, o, yalnız onların mövcudluğunun
qeyri-mümkünlüyünü sübut etmək üçün qeydlər götürdüyünü iddia edirdi), o cümlədən
fırlanan maşının bir qədər fərqli və daha zərif versiyası da var. Yeri gəlmişkən,
bu maşın olduqca yaxşı işləyir, ancaqonu
barmaqlarınızla daim döndərməlisiniz.
Video 2: https://www.youtube.com/watch?v=O0mF7WhMxiQ&t=1s
Əbədi mühərrik işləmir, çünki termodinamikanın
birinci və ikinci qanunlarını pozur. Birinci qanun - enerjinin yaradıla və ya məhv
edilə bilməz, ancaq formaca dəyişdirilə bilər - o deməkdir ki, siz
qoyduğunuzdan daha çox enerji çıxara bilməyəcəksiniz və bu, enerji əldə etmək
üçün daimi hərəkət maşını istifadə etməyə ümid edənlər üçün bu səyi faydasız
edir. Əgər cihazın hətta sonsuza qədər öz-özünə fırlanmasını istəyirsinizsə,
sizin yenə də şansınız yoxdu, çünki ikinci qanun təcrid olunmuş sistemin
entropiyasının zamanla artdığını və istiliyin həmişə daha isti yerlərdən soyuq ərazilərə
“aşağı” axdığını bildirir. Praktik
mənada, enerjinin ötürülməsi və çevrilməsi zamanı bu enerjinin bir hissəsinin,
məsələn, sürtünmə nəticəsində istilik itkisi nəticəsində dağıldığını və
"boşlandığını" söyləyir. Təkər bir dairədə hərəkət etdikcə, sistem
istilik və sürtünmə şəklində enerji itirəcək və bu, hətta ən yaxşı dizayn
edilmiş əbədi mühərrikin dərhal olmasa da, son nəticədə
dayanmasına səbəb olacaqdır.
Əlbəttə ki, nəticələri saxtalaşdırmaq cəhdləri çox olub, nəticədə patent idarələri
artıq əbədi mühərriklər üçün müraciətləri qəbul etmir. London Kral Cəmiyyətində
yerləşən “əbədi hərəkət maşını”nın belə əyləncəli nümunələrindən biri alim
Devid Cons tərəfindən “Dedal” təxəllüsü ilə yaradılmışdır. Maraqlıdır ki, Devid
özü də əvvəldən onun maşınlarının “saxta” olduğunu açıq şəkildə bildirmiş və
özünü “elm sarayında saray zarafatçısı” adlandırmışdı. Buna baxmayaarq, təkər
bir neçə onilliklər ərzində (1981-ci ildən bəri) fırlanır, baxmayaraq ki,
vaxtaşırı bəzi gizli düzəlişlər tələb olunur. Consun əylənmək üçün yaratdığı maşın təbii ki, fizika
qanunlarını pozmur. Çox güman ki, təkərin dirəklərindəki qara qutularda və ya
altındakı borularda və qutuda gizlənmiş bəzi gizli mexanizm təkərin hərəkətini
saxlamaq üçün əlavə enerji təmin edir. Bununla belə, üsul gizli saxlanılır və
daha üç onillik ərzində açıqlanmayacaq.
Video 3: https://www.youtube.com/watch?v=QdEdYfxMx-0&t=3s
Bir çoxları “Dedal” mühərrikinin gizli prinsipini
açmağa çalışıblar. Cihaz haqqında Kral Cəmiyyətinin
üzvü Virciniya Mills 2018-ci ildə yazmışdı “mən eşitmişəm ki, onun yaradıcısına
ancaq bir nəfər düzgün cavabı təklif edib”.
Mənbə: bit.ly/47FcCSW
Rus dilindən tərcümə etdi:
Əsədov Seyyub Əsəd oğlu-Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).