ADPU-nun
Şamaxı filialında professor İntiqam Cəbrayılovun təqdimatında Ümummilli lider
Heydər Əliyev ili çərçivəsində “Tarixin tədrisi metodikasının müasir problemləri”
mövzusunda ustad dərs keçirildi. Seminarda filialın rəhbərliyi, professor-müəllim
və tələbə heyəti iştirak edirdi. Filialın direktoru dosent Tünzalə Yusifova
prof. İntiqam Cəbrayılovu və tədbir iştirakçılarını salamladı və qeyd etdi ki,
Şamaxı filialında aktual mövzulara həsr olunmuş elmi tədbirlərin keçirilməsi ənənəvi
hal almışdır. “Heydər Əliyev ili” çərçivəsində növbəti seminar çiçəklənən Azərbaycanımızın
tarixi və onun tədrisi metodikasına həsr olunmuşdur. Böyük tarixi uğurlara imza
atan Azərbaycan dövlətinin tarixinin sistemli tədrisi bu gün həqiqətən vacib məsələdir.
Xüsusi vurğulandı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab
prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsində
Azərbaycan yeni tarixi zəfərlər əldə etdikcə tariximiz qızıl hərflərlə yenidən
yazılacaqdır. Azərbaycan Respublikasının Təhsil İnstitunun Təhsil nəzəriyyəsi və
tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov
çıxış edərək qeyd etdi ki, Azərbaycan
tarixinin bir sıra aktual məsələlərinin, o cümlədən xalqımızın mənşəyi, dövlətçiliyimizin
təşəkkülü və formalaşması, şanlı keçmişimizin ümumdünya tarixində yeri və sair
bu kimi mühüm tarixi problemlərin hərtərəfli, dərindən, ən başlıcası obyektiv tədqiqini
ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə tarixçilər
qarşısında aktual və təxirəsalınmaz vəzifə kimi qoymuşdu. “Tarixin tədrisi
metodikasının müasir problemləri” adlı çıxışında müasir dövrdə tarix fənninin tədrisinə verilən
tələbləri, elmi tədqiqatların aparılması texnologiyalarını, problem baxımından
mövcud təcrübənin öyrənilməsini, müvafiq metodikanın hazırlanması və tətbiqi məsələlərini
ətraflı şərh edib. Məruzəçi həm də
Tarixin təlimi metodikasının mənbələri, pedaqoji-psixoloji və başqa elmlərlə əlaqəsindən
bəhs etdi, tarix təlimi tarixi həqiqətlərin dərk edilməsi prosesi kimi məsələlərə
aydınlıq gətirdi. Məruzənin sonunda tələbələri maraqlandıran suallar professor
İntiqam Cəbrayılov tərəfindən cavablandırılıb. Sonda elmi seminarın təşkilinə görə professor
İntiqam Cəbrayılova təşəkkürnamə təqdim olundu.
Mənbə:
bit.ly/3H2afyP


UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)