Taleyi proqnozlaşdırmaq yoxsa ona nəzarət etmək?

 

(P.S. “Bir reallığı nəzərinizə çatdırım, III Dünya Müharibəsi çoxdan başlayıb. Hamının hər kəs ilə müharibəsidir bu müharibə, hərə öz üslubu ilə savaşır, bəshə-bəhs, ego, “mən də varam!” müharibəsidir bu müharibə. Kimi ən əzizi ilə, kimi min-bir köynək yad ilə savaşır. Hamı nəsə əldə etmək üçün çabalayır, amma özü üçün yox. Kiməsə özünü sübut etmək üçün. Sosial media, marketinq, “trend”  və bu kimi faktorların yol açdığı bu müharibənin sonu yoxdur, təəssüf ki, qazananı da olmayacaq...”. Seyid MirCamal). [https://www.facebook.com/profile.php?id=100007165381516]

İndi isə sizləri Mixael Laytmanın “Taleyi proqnozlaşdırmaq yoxsa ona nəzarət etmək?” adlı məqaləsi ilə tanış etmək istəyirəm. Beləliklə, M. Laytman yazır…

Bizi həmişə gələcəyi proqnozlaşdıra bilən insanlar maraqlandırır. Hətta onlara bir qədər paxıllıqla yanaşırıq. Bizə elə gəlir ki, əgər gələcəyi proqnozlaşdıra bilsək, həyatımızı yaxşılığa doğru dəyişə bilərik. Amma əslində gələcəyi bilmək nə dünyanı, nə də özümüzü düzəltməyə heç bir şəkildə kömək etməyəcək. Gələcəyi bilməyin nə mənası var? Normal insan elə yaradılıb ki, onu nə gözlədiyini bilməməsi daha yaxşıdır. Məsələn, gələcək bədbəxtlikləri insan nə üçün bilməlidir? Hər hansı bir insan  bir-iki aydan sonra öləcəyini bilmək istərdimi? Təsəvvür edin, belə xəbərlərdən sonra onun həyatı necə olardı? Bunun nə xeyri var? Ona görə də falçılara həsəd aparmayın. Bundan başqa, bir qayda olaraq, onların həyatı o qədər də xoş keçmir. Onlar həyatda adi insanlar qədər xoşbəxt deyillər. Əgər insan həqiqətən özü və yaxınları üçün yaxşı gələcək istəyirsə, onu indi,  hər növbəti anda qurmalıdır. Onun bu hərəkətləri gələcəkdə həm həyatını, həm də gələcəyini müəyyən edəcəkdir. Ancaq bu fenomen bizi daha çox  çaşdırmaq üçün mövcuddur. Digər tərəfdən, bizi təbiətdə məhdudlaşdığımız cansız, bitki və heyvan səviyyələrindən kənara çıxan qüvvələrin olduğunu dərk etməyə yaxınlaşdırır. Bu, bizi bu həyatda sadəcə qırğına gedən sürü olmaq deyil, gələcəyimizi hər an və daha uzun müddət balanslaşdırıb formalaşdıra bilmək üçün, gələcəyinizi idarə etməyi həqiqətən necə öyrənə biləcəyinizi düşünməyə vadar edir. İlk növbədə, bizi təbiətdən yuxarı qaldıracaq və ona nəzarət etməyə imkan verəcək qüvvələri qəbul etməliyik. Təbiətdə iki qüvvə var: xeyir və şər. Onların arasında olub, onların köməyi ilə həyatımızı  formalaşdırırıq. Əgər biz bu iki qüvvəni idarə edə bilsək, idarə etməyi öyrənsək və özümüzü aydın bir məqsədə, Təbiətlə mütləq harmoniyaya doğru yaxşı yolla aparsaq, onda hər şeyi görə bilərik. Bu zaman qarşımızda sonsuzluq dünyası açılacaq və biz onu kənardan görə biləcəyik. Ancaq bu, yalnız bir şərtlə ola bilər ki, biz nəzarət cilovunu öz əlimizə götürək və baş verən hər şeylə özümüzü eyniləşdirərək yaradılış proqramını həyata keçirməyə başlayaq. Bu halda gələcək bizə bəlli olacaq və biz onu özümüz açacağıq. Yaxşı və pis arasında bir növ daxili tarazlığa çatdığımız anda dünya bizə açıqlanacaq. Biz bir neqativ, eqoist qüvvənin təsiri altında olduğumuz halda, o, bizi öz qabığına çəkir və biz bu fani dünyada ancaq məhdud həyatımızı görürük. Əgər biz özümüz üçün yeni bir dünya kəşf edib sonsuz ölçüyə daxil olmaq istəyiriksə, o zaman ona üfüqləri açan müsbət bir qüvvə əlavə etməliyik. Bu, bizim bu qabığdan çıxmağımıza və bütün kainatı hiss etməyimizə kömək edən güclü sevgi qüvvəsidir. Onda biz hər zaman bir anda yaşamağa başlayırıq: keçmişdə, indi və gələcəkdə, çünki belə bir vəziyyətdə müsbət və mənfi qüvvələri balanslaşdıranda zaman yox olur. İnsan isə ölməz olur, çünki o, əbədi mövcud olan iki qüvvə (xeyir və şər)  arasında tarazlığa daxil olur və başqa bir reallıqda, heyvani bədəndə deyil, əbədi olan ruhda yaşamağa başlayır.

    İnsan bədəni hər hansı bir heyvan kimi sadəcə bioloji kütlədir. Təbiətin cansız, vegetativ və heyvani mərhələləri hər gün öz eqoizmi ilə yaşayır və ölür. Bu bioloji kütlə doğulduğu gün artıq ölümə məhkumdurlar. Ancaq ruh ölümə məhkum deyil! Ruh iki qüvvə arasında bir tarazlıqdır: orta xəttdə yaxşı və pis. Bu tarazlıq isə əbədi olan sevgidir. Onun nailiyyəti bizim gələcəyimizdir, taleyimizdir.

Mənbə:

https://www.michaellaitman.com/ru/articles/predskazyvat-sudbu-ili-upravlyat-eyu/

Rus dilindən tərcümə etdi:

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.