“Müharibə iqtisadiyyatın davamıdır” (V. İ.
Lenin).
Müasir dövrdə bəzi dövlətləri idarə edənlər, çox ağıllı,
çox savadlı, lakin vətənpərvər olmayan “strateq”lərdir.
Əfqan riyaziyyatçısı Sadiq Əfqan gələcək hadisələri
proqnozlaşdırmaq üçün rəqəmlərdən istifadə etməklə tanınır. O, tarixin simvolik
məqamlarını müəyyən etməyə qadir olan xüsusi bir düstur hazırlamışdır. Vaxtilə
Sadiq SSRİ-nin dağılacağını, 11 sentyabr terror aktını və Barak Obamanın prezident
seçiləcəyini proqnozlaşdırmışdı. Onun sözlərinə görə, III Dünya müharibəsi
2025-ci ildən sonra başlayacaq…ABŞ-da problemlər də 2025-ci ildən sonra
başlayacaq. Amerikada hakimiyyətə sonuncu prezident gələcək və ölkə parçalana
bilər. “300-lük Komitəsi” dünyanı idarə edir, hazırda müharibə Rusiya ilə
Ukrayna arasında yox, Şərqlə Qərb arasında - mələklə şeytan arasında gedir.
Amerika böyük şeytandır deyə Sadiq bildirib. Riyaziyyatçı Avropa Birliyinin
parçalanmasının 2023-2027-ci illərdə başlayacağını proqnozlaşdırır. Resurs
çatışmazlığı ucbatından Avropa “ayağımıza yıxılacaq”. Bir çox Avropa ölkələri
yenidən öz milli valyutalarına keçmək məcburiyyətində qalacaqlar. Bundan başqa,
2023-2026-cı illər arasında bəşəriyyət yeni bir pandemiya ilə üzləşəcək.
“Koronavirusun düsturuna baxanda onun kosmosda peyklər vasitəsilə yayılan
bioloji və kimyəvi silah olduğunu bildirmişdim. Elm adamları yeni virus
hazırlayırlar”. …Bu fikirlər məhşur əfqan riyaziyyatçısı sadiq Əfqana məxsusdur.
III Dünya müharibəsi ehtimalı II Dünya müharibəsi
başa çatdıqdan sonra həmişə narahatlıq doğurur. Yetmiş ildən artıqdır ki, bəşəriyyət
fövqəldövlətlər arasında böyük müharibənin qarşısını ala bilib. Lakin o vaxtdan
bəri geosiyasi mənzərə kəskin şəkildə dəyişmişdir. Çinin yüksəlişi, İran və ABŞ
arasında artan təcavüz, Hindistan və Pakistan arasında həll olunmamış münaqişələr
hazırkı qeyri-sabit vəziyyətin yalnız bir neçə nümunəsidir. Bu yazıda biz
Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcək ölkələrə daha yaxından nəzər
salacağıq. Hindistan və Pakistan arasında uzun müddətdir davam edən münaqişədən
başlayaq. İki ölkə 1947-ci ildə Britaniya hökmranlığından müstəqillik
qazandıqdan sonra müharibə aparır. Onların arasında əsas mübahisə nöqtəsi illər
ərzində üç böyük münaqişəyə səbəb olan mübahisəli Kəşmir bölgəsidir. 2003-cü
ildə əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, sərhəddə atışmalar və
toqquşmalar davam edir. Hər iki ölkənin nüvə silahına malik olması vəziyyəti daha
da mürəkkəbləşdirir. Hərbi əməliyyatların genişlənməsi bütün dünya üçün fəlakətli
nəticələrə səbəb ola bilər. ABŞ və Çinə gəlincə, bu iki qlobal supergüc
arasında son illərdə münasibətlər gərgin olub. Tramp administrasiyasının
Amerika sənayesini Çindən geri qaytarmaq və ticarət tarifləri tətbiq etmək
siyasəti münasibətləri daha da pisləşdirib. “Huawei” şirkətinin baş
direktorunun həbsi və ardınca ABŞ-ın Çin şirkətlərinə qarşı sanksiyaları vəziyyəti
daha da gərginləşdirib. Bayden administrasiyası ticarət məsələlərində daha
yumşaq mövqe tutsa da, gərginlik artmaqda davam edir. İki ölkə arasında ən
böyük gərginlik ocağı Tayvanın statusudur. Çin Tayvanı öz ərazisinə daxil etməyə
çalışarsa, ABŞ müdaxilə etmək məcburiyyətində qalacaq ki, bu da iki ölkə
arasında silahlı münaqişəyə səbəb ola bilər. Yaxın Şərq onilliklər ərzində
siyasi və hərbi çevrilişlərin ocağı olub və vəziyyətin yumşalma əlaməti yoxdur.
İrana qarşı iqtisadi sanksiyalar yalnız son illərdə güclənib və ABŞ bu ölkəyə
qarşı getdikcə aqressivləşir. 2022-ci ilin iyulunda İran, ABŞ və İran arasında müharibə başlayarsa,
İsraili məhv edəcəyi ilə hədələyən bəyanat yaymışdı. Yəməndə Səudiyyə Ərəbistanı
ilə husi üsyançıları arasında müharibə davam edir. Bundan başqa kürdlər, türklər,
suriyalılar və iraqlılar arasında gərginlik yüksək olaraq qalır. Hər hansı bir
hərbi əməliyyatların artması ABŞ, Rusiya və Çin kimi dünya güclərini cəlb edə
bilər. Rusiya ilə Ukrayna arasında 2014-cü ildən bəri qızğın münaqişə davam
edir. İki ölkə arasında münaqişə potensialı NATO, İran və Çinin iştirakı ilə
daha da güclənir. Münaqişə şiddətlənərsə, bunun nəticələri təkcə Şərqi Avropa
üçün deyil, bütün dünya üçün ağır ola bilər.
Yekun olaraq qeyd edim ki, III Dünya müharibəsi
ehtimalı heç kimin düşünmək istəmədiyi qorxulu perspektivdir. Bununla belə,
hazırkı geosiyasi mənzərə qeyri-sabitdir və böyük dövlətlər arasında gərginlik
artmaqda davam edir. Bütün dünya liderlərinin konstruktiv dialoqa girməsi və
münaqişələr nəzarətdən çıxmazdan əvvəl onların sülh yolu ilə həlli istiqamətində
işləmələri çox vacibdir. Dünyanın taleyi bundan asılı ola bilər.
İstifadə edilmiş internet resusrları:
1.https://dzen.ru/a/Y11kvRefxShdGoIY
2.https://dzen.ru/a/ZLJwu5-h-FlX8T_U?from_site=mail
Rus dilindən tərcümə:
Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov
adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
(2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı
İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji
Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi,
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi
(“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi).
İstinad:
https://multiurok.ru/files/hansi-olk-l-r-arasinda-iii-dunya-muharib-si-ola-bi.html