31 Mart azərbaycanlıların soyqırımı günü

 

...ermənilərin Azərbaycana qarşı soyqırım və deportasiya siyasəti

...Tarix bir millətin taleyində dönə - dönə qara səhifələrlə təkrarlananda çox vaxt bəxt - tale deyilən bir anlayışla ya razılaşır, ya da öz fəaliyyətsizliyindən başına gətirilən münasibətlərə xalqın içində bir üsyan baş qaldırır. Qəlbi təmizliyinə, ürəyi açıqlığına, qonşularına yalnız firavan həyat arzulayan biz azərbaycanlıların tarixi keşməkeşli günlər, qara səhifələrlə zəngindir. Çünki  biz edilən pislikləri tez unudur, sözün həqiqi mənasında tapdanan haqqımızın bərpasını tələb etməyi bacarmırıq.

 Tarixin böyük bir  amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də mədəniyyətinə təsir edə bilməmişdir.....

    Yaradılma məkanı 2 dəniz arası kimi seçilmiş, lakin heç vaxt mövcud olmamış “böyük ermənistan” iddiası - türk dünyasının inkişafına əngəl olan “Qordi düyünü” nə çevrilmişdir.

.... Mənfur ermənilər torpaqlarımızda məskunlaşmağa başlayan dövrdən xalqımıza qənim kəsilmiş, azərbaycanlıları öldürərək torpaqlarımızda çoxluq əldə etmək istəmişlər. Öldürə bilmədiklərini isə nəyin bahasına olursa - olsun öz doğma torpaqlarından qovmuşlar. Xalqımızı fiziki cəhətdən məhv etmək planını həyata keçirərkən - ən iyrənc vasitələrdən - terror, kütləvi qırğın, uşaqlara, qadınlara, qocalara aman verməmək kimi vasitələrdən istifadə etmişlər.....

 Keçən XX əsrdə xalqımız 5 dəfə soyqırım və deportasiyaya məruz qalmışdır. Bunlar 1905-1907; 1918-1920; 1930-1938;1947-1953; 1988 - ci ildən bəri baş verən məlum hadisələrdir....

 Biz xalqımızın düçar olduğu soyqırım günlərində şəhid olanlarımızı anmaqla yanaşı, öz tariximizi də dərindən öyrənməliyik. ...

  Soyqırım və deportasiya qurbanlarının ruhu qarşısında baş əyir, xalqımıza səbir və dəyanət arzulayıram!

Ətraflı:

https://multiurok.ru/files/erm-nil-rin-az-rbaycana-qarsi-soyqirim-v-deportasi.html

Əsədov Seyyub Əsəd oğlu - Şirvan şəhər T. Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin (2015-ci il), “Elektron Təhsil” Respublika Müsabiqəsi, “Təhsildə ən yaxşı İnternet resursları” nominasiyası qalibi (2017-ci il), Respublika “Pedaqoji Mühazirələr”inin (2003-cü il III dərəcəli Diplom və 2019-cu il Tərifnamə) təltifçisi, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin (2020) qalibi (“V-XI siniflərdə tarix fənninin tədrisi metodikası” adlı metodik vəsait müəllifi), Azərbaycan Respublikası “Təhsil Şurası” İB-nin İdarə Heyətinin üzvü


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.