Nazirlər
Kabinetinin qərarına əsasən xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən
Azərbaycan Respublikası vətəndaşları üçün imtahanlar güzəştli tariflərlə
keçiriləcək. Yaranan fərq dövlət büdcəsi hesabına qarşılanacaq. Belə ki,
abituriyentlərə 2023-2024-cü illərdə keçiriləcək imtahanlarda aşağıdakı məbləğdə
güzəştlər müəyyən edilib:
1. ali təhsil
müəssisələrinin qabiliyyət imtahanı üzrə 10 manat;
2. kolleclərin
qabiliyyət imtahanı üzrə 20 manat;
3. Azərbaycan
dili (dövlət dili kimi) imtahanı üzrə 20 manat;
4. ümumi
orta (9 illik) təhsil bazasında kolleclərə qəbul imtahanı üzrə 25 manat;
5. tam orta
(11 illik) təhsil bazasında kolleclərə qəbul imtahanı və I, II, III və IV
qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi üzrə 25
manat;
6. I, II,
III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi
üzrə 10 manat;
7. əlavə fənn
(lər) imtahanı üzrə 20 manat.
Tələbə qəbulu
ilə bağlı ödənişli xidmətlərin tarifləri ilə linkdə tanış ola bilərsiniz: https://bit.ly/3vAl8Th
Bir daha qeyd edirik ki, Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ilk
dəfə ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə,
ilk dəfə ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanında (həm
1-ci, həm də 2-ci mərhələ), ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin
xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanında
abituriyentlərin iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Bundan əlavə,
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu
imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına 2021-ci il
7 may tarixində edilmiş dəyişikliyə əsasən əvvəlki və cari ilin məzunu
olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və
orta ixtisas təhsili müəssisələrinə qəbul) neçənci dəfə iştirak etməsindən
asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin
uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi
müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək
uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına
həyata keçirilir.