4 may 2022-ci il tarixində Şirvan-Salyan regional təhsil
idarəsində təqdimat olub. Təqdimat mərasimində Təhsil nazirinin müavini İdris
İsayev, Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov iştirak
etmişdir. İclasda Şirvan-Salyan regional təhsil idarəsinin yeni müdiri Sənan Mənsimli
tədbir içtirakçılarına təqdim edilmişdir. Görüşdə regionun 5 rayonu Neftçala,
Salyan, Biləsuvar, Şirvan və Hacıqabul rayonundan gələn təhsil işçiləri də
iştirak etmişlər. Təhsil nazirinin müavini regional idarələrinin əsas məsuliyyətinin
təhsilin keyfiyyətinin daha da yüksəlməsinə nail olmaq olduğunu vurğuladı.
Nazir müvaini bu dəyişiklikdəki məqsədlərdən danışıb: “İndiyədək təhsilin yerlərdə
idarə olunması müxtəlif qurumlar, müxtəlif təşkilatlar tərəfindən həyata
keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələrin idarəetməsi və təşkili
bir formatda, ümumtəhsil məktəbləri isə başqa bir formatda idi. Maliyyələşmə isə
tamam başqa bir qurum tərəfindən aparılırdı. Bir sözlə, rayon təhsil şöbələri, ərazi
maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən
də metodik kabinetlər dördü biri-biriylə əlaqəli şəkildə işləmirdi. Regional
idarələrin yaranması bizə imkan verəcək ki, bu müəssisələr arasında təhsil fəaliyyətini
vahid formata gətirək. Təhsildə idarəetmə və tənzimləmə funksiyalarını bir-birindən
ayıraq. Bu gün təhsil mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. Hər qurumun öz
işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil
mexanizminə nail ola bilərik. Bu mənada inanıram ki, regional təhsil idarələrinin
qurulması yerlərdə vətəndaşların müraciətlərinə zamanında və düzgün baxılması,
vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir
edəcəkdir”.
#TəhsilNazirliyi #AzEdu #ŞirvanSalyanRegionalTəhsilİdarəsi
Mənbə:
https://www.facebook.com/ShirvanSalyanregionaltehsilidaresi/posts/114486721249731