Mayın 21-də gənclər və idman naziri Fərid Qayıbovun gənclər təşkilatlarının nümayəndələri ilə növbəti görüşü olub. Bu dəfəki görüşdə maarifləndirmə, ictimai fəallığın artırılması və gənclərin hərtərəfli inkişafına dəstək istiqamətində fəaliyyət göstərən təşkilatların rəhbərləri iştirak ediblər. Görüşdə təmsil olunan təşkilatların fəaliyyət istiqamətləri, onların qarşılaşdıqları çətinliklər, nazirliklə sıx əməkdaşlıq məsələləri müzakirə edilib. Gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Hər bir gəncin qarşılaşdığı problemlərin həllində dövlətlə yanaşı ictimai birliklərin də effektiv iştirakının vacibliyi vurğulanıb. Təşkilat rəhbərlərinin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov gənclər təşkilatlarının daha aktiv fəaliyyət göstərməsi, gənclərlə işin kütləvi və bütün ölkəni əhatə etməli olduğunu qeyd edərək, bu sahədə müvafiq tövsiyələrini verib.
#Gənclərİdman
Mənbə:
https://www.facebook.com/permalink.php?story_fbid=5526960137334767&id=218273464870154