03 mart 2022-ci il tarixdə Respublika Təhsil Şurası və
İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayon Mərkəzi
Kitabxanasında görkəmli yazıçı Manaf Süleymanovun anadan olmasının 110-cu
ildönümündə yazıçının “Azərbaycan diyarı - Lahıc” kitabının təqdimat mərasimi
keçirilib. Tədbirdə Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə,
İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əhmədova, İsmayıllı
Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, İsmayıllı Regional Mədəniyyət İdarəsinin
rəisi Elçin Nəcəfov, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları,
rayonun tanınmış ziyalıları iştirak etdilər.
Mənbələr:
https://www.facebook.com/samir.mehdizade.14/posts/4776540012439770
https://www.facebook.com/permalink.php?story_fbid=291833543052660&id=108741758028507