Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü
normalarını müəyyən etmək təhsil sahəsində dövlətin vəzifəsidir (“Təhsil
haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-IIIQ nömrəli
Qanununun 29-cu maddəsi). Ümumi təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs
yükü normasını müəyyən etmək ümumi təhsil sahəsində dövlətin vəzifəsidir
(“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il tarixli, nömrəli
Qanununun 4-cu maddəsi). Təhsil müəssisələrində müvafiq həmkarlar ittifaqı
komitəsinin razılığı əsasında işçilərin əməyinin tarifləşdirilməsini, onların
iş rejimini, qaydalarını, əmək normalarını, o cümlədən dərs bölgüsünü təsdiq etmək və düzgün tətbiq
olunmasını təmin etmək təhsil müəssisəsinin vəzifəsinə daxildir (Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi arasında bağlanmış 10 iyul 2013-cü il tarixli
“Kollektiv Saziş”in 3-cü bəndi). Bu sazişdə onun 5 il müddətində quvvədə olduğu
xüsusi qeyd edilib. Ümumtəhsil məktəbində dərslər və dərsdənkənar məşğələlər
direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə aparılır (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı
ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4-cü bəndi).
Dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnəklərin fəaliyyəti
kimi məsələlər ətrafında müzakirələr keçirib müvafiq qərarlar qəbul etmək ümumi
təhsil müəssisəsinin Pedaqoji Şurasının
vəzifələrinə daxildir (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19
noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil
müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3-cü bəndi). Dövlət ümumi təhsil
müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılan müəllimlərin həftəlik dərs yükü norması 18 saat olmaqla müəyyən
edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən
keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə
işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə
bərabər tutulur (Azərbaycan Respublikasının Prezidentinin 16 yanvar 2015-ci il
tarixli, 994 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin
dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamının 1-ci hissəsi). Diaqnostik
qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə
minimum 10 faizinə düzgün cavab vermiş heyət Azərbaycan Respublikası
Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan heyət hesab
olunurlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin
müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən heyətin aylıq əməkhaqqı
həftəlik dərs yükünə müvafiq olaraq artırılır (Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 04 avqust 2017-ci il tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş
“Ümumi təhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən
digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin
aparılması Qaydaları“nın 5-ci bəndi). Təhsil müəssisələrinin rəhbərləri tərəfindən
heyət arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin
rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə
alınır (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 avqust 2017-ci il
tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin
və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları“nın 5-ci bəndi).
Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən
aşağı nəticə göstərmiş heyət diaqnostik qiymətləndirilmədən keçmiş heyət hesab
olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri
təşkil olunur (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 avqust 2017-ci il
tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin
və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları“nın 5-ci bəndi).
Direktor və direktor müavinləri yalnız rəhbər vəzifədən azad olunduqları və müəllim
kimi saxlandıqları təqdirdə onların qiymətləndirmə nəticəsi dərs yükünün müəyyənləşdirilməsi
zamanı nəzərə alınır (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 avqust
2017-ci il tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində
müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik
və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları“nın
5-ci bəndi). Ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinləri
tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi
saxlanılması və ya müvafiq vakant yer olmadığı halda, rayonun (şəhərin) həmin fəndən
müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon
(şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin
direktoru tərəfindən həyata keçirilir (Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 26 avqust 2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq və 19
fevral 2014-cü il tarixli 205 nömrəli əmri ilə dəyişiklik edilimiş “Azərbaycan
Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək
münasibətlərinin tənzimlənməsi qaydaları”nın 3-cü bəndi). Ümumi təhsil müəssisələrində
dərs bğlgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə
üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzürsüz səbəbdən diaqnostik qiymətləndirmədə
iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün
minimum dərs yükü (6 saat) müəyyənləşdirilir (Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 04 avqust 2017-ci il tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş
“Ümumi təhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən
digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin
aparılması Qaydaları“nın 5-ci bəndi). Müəllimlərinin bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin
direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarına 1 nömrəli əlavə - “Dövlət büdcəsindən
maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə
və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid
Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq, direktor müavinlərinin aylıq vəzifə
maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilir. Dövlət
ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılmamış müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı,
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin
çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı isə bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki
hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilir (Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 11 iyul
2016-cı il tarixli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin
direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə
maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 270 nömrəli Qərarın
4-cü bəndi). Ümumi təhsil müəssisələrində çalışan və iki ixtisasa malik olan müəllimlər
ikinci ixtisasları üzrə də qiymətləndirmədə iştirak edə bilərlər. Müvafiz
ixtisaslı pedaqoji kadr çatışmazlığı səbəbindən müəllimə diaqnostik qiymətləndirmədən
keçmədiyi ixtisas üzrə, eləcə də məzmun və mahiyyət etibarilə yaxın fənlər üzrə
dərs saatları verilərsə, bu zaman əməkhaqqı artımı bütün dərs saatlarına şamil
edilir (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 avqust 2017-ci il
tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin
və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları“nın 5-ci bəndi).
Ümumi təhsil müəssisələrində müəllimlər arasında dərs bölgüsünün diaqnostik
qiymətləndirmə nəticələrinə praporsional olaraq aparılması, 10 baldan aşağı nəticə
göstərmiş müəllimlər üçün minimum dərs yükünün (6 saat) müəyyənləşdirilmişdirilməsi
Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə)
və Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə tapşırılmışdır. Müəllimlər arasında dərs
bölgüsü zamanı müəyyənləşdirilmiş tələblərin nəzərə alınması mümkün olmayan
hallarla bağlı məktəb rəhbərləri və yerli təhsil idarəetmə orqanları tərəfindən
müvafiq əsaslandırmalar tərtib edilməli və Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə
təqdim edilməlidir. Ərazi Maliyyə Hesablaşma Mərkəzləri isə hər bir rayon üzrə
təhlillər aparmalı, müvafiq hesabatları Təhsil Nazirliyinə təqdim etməlidir (Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 6 sentyabr 2017-ci il tarixli 02-05-2589/15
nömrəli Təlimati Məktubu). Müəllimlər arasında dərs bölgüsünün diaqnostik qiymətləndirmə
nəticələrinə praporsional olaraq aparılması, 10 baldan aşağı nəticə göstərmiş
müəllimlər üçün minimum dərs yükünün müəyyənləşdirilmişdirilməsi zamanı onların
öz ixtisaslarından topladığı bal nəzrə alınır (Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 14 sentyabr 2017-ci il tarixli
Təlimati Məktubu). Direktor və direktor müavinlərinə müəllimlərin
diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələrinə uyğun ədalətli dərs
bölgüsündən sonra və ya ixtisaslı müəllim olmadığı halda məktəbdə 6 saatadək dərs
verilə bilər (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2017-ci il
tarixli Təlimati Məktubu). Diaqnostik
qiymətləndirmədə iştirak etmiş metodistlərə ixtisaslarına uyğun dərs saatları məktəblərdə
vakansiyalar tutulduqdan sonra aidiyyatı yerli təhsil idarəetmə orqanının təqdimatı
və Təhsil Nazirliyinin razılığı ilə topladığı balına uyğun verilə bilər (Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli Təlimati Məktubu). Ümumtəhsil müəssisələrində
rəhbər və inzibati vəzifə tutan (direktor müavinləri) şəxslərdən başqa digər vəzifəlilər
üçün (hərbi rəhbər, kitabxana müdiri, psixoloq, UBTR, laborant və kitabxanaçı)
dərs yükü nəzəərədə tutulmur (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22
iyul 2017-ci il tarixli Təlimati Məktubu).
Dərsdənkənar məşğələ şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq,
biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə
yönəlmiş məşğələ formasıdır (“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının
2019-cu il tarixli, nömrəli Qanununun 1-ci maddəsi). Ümumtəhsil məktəbində dərslər
və dərsdənkənar məşğələlər direktor tərəfindən təsdiq olunmuş cədvəl üzrə
aparılır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar
tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi
Nizamnaməsi”nin 4-cü bəndi). Təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı
uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli
qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə
edilməsi üçün bilavasitə ümumtəhsil məktəbinin direktoru cavabdehlik daşıyır
(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5
nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin
5-ci bəndi). Tədris-pedaqoji sənədlərə şagirdin şəxsi işi, sinif jurnalı, dərsdənkənar
məşğələ jurnalı, günüuzadılmış qrup jurnalı, ümumi orta təhsil haqqında
attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında
attestat blanklarının, qızıl və gümüş medalların uçotu və verilməsi kitabı,
şagird kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı,
pedaqoji şuranın protokol kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz
edilən dərslərin uçotu kitabı aiddir (Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 11-ci bəndi). Dərsdənkənar məşğələ
qrupları və dərnəklər şagirdlərin sayı 8 (səkkiz) nəfərdən az olmamaqla
komplektləşdirilir. Hər hansı bir sinifdə şagirdlərinin sayı dərsdənkənar məşğələ
qrupu təşkil etmək üçün müəyyən edilmiş normadan az olduqda şagirdlərin meyil və
marağı nəzərə alınmaqla həmin dərsdənkənar məşğələ qrupuna yaxın siniflərin (məsələn,
V-VI, VI-VII, VII-VIII və s.) şagirdlərinin cəlbinə icazə verilir (Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli F-445 nömrəli əmrinə
8 saylı əlavə ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”in 13-cü və
14-cü bəndləri). Dərsdənkənar məşğələlər şagirdlərin ümumi dünyagörüşünün
inkişafına və ayrı-ayrı sahələr üzrə məlumatlarının genişlənməsinə yönəldilir.
Dərsdənkənar məşğələyə ayrılan dərs saatlarının bir qismi Təhsil Nazirliyinin əmri
ilə birbaşa müəyyən fənlərin və ya mövzuların tədrisinə ayrılır və bu məşğələlərin
təyinatının dəyişdirilməsi yolverilməzdir. Dərsdənkənar məşğələyə ayrılan digər
dərs saatları peşəkarlıq səviyyəsi yüksək olan sinif və fənn müəllimləri
arasında bölünür. Müəssisələrdə işləyən müəllimlər arasında dərs bölgüsü
qaydalara uyğun aparılır və vakant yerlər müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.
Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər
əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat
verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit
saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin
tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə
rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən
müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan
artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin
saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə
hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş
həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının
və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən
digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur.
Bu mümkün olmadıqda həmin dərs saatları Təhsil Nazirliyi sisteminə daxil olan
ümumi təhsil müəssisələrinə ixtisaslı müəllim kadrlarının işə qəbulu məqsədi ilə
Təhsil Nazirliyi tərəfindən keçirilən mərkəzləşdirilmiş müsabiqə yolu ilə
tutulması üçün vakant hesab olunur və Təhsil Nazirliyinin internet səhifəsində
elan edilir (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 may 2018-ci il
tarixli F-346 nömrəli əmrinə 8 saylı əlavə ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində
müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və
yerdəyişməsi Qaydaları”nın 2-ci bəndi). Yerli təhsil idarəetmə orqanlarının rəhbərləri
vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzlərinin rəhbərləri
ilə müvafiq qaydada elektron portala daxil edilməsini təmin edirlər (Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli “Ümumi
təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi
barədə” əmrinin 11-ci bəndi). Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs
ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir.
Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü müəssisədə çalışan ixtisaslı müəllimlər
arasında bölüşdürülür, bu mümkün olmadıqda tabelik üzrə təhsili idarəetmə
orqanının razılığı əsasında digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət
edilir. Qeyd olunanlar mümkün olmadığı halda sosial məzuniyyət yerinə müddətli əmək
müqaviləsi ilə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi sisteminə daxil olan
ümumi təhsil müəssisələrinə ixtisaslı müəllim kadrlarının işə qəbulu müsabiqəsi
başa çatdıqdan sonra müvafiq keçid balını toplayan namizədlərin müddətli
müqavilə ilə Təhsil Nazirliyi tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş
qaydada həyata keçirilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə
əsasən müddətli müqavilə ilə işə qəbul edilmiş müəllimlər mərkəzləşdirilmiş
müsabiqə yolu ilə işə qəbul edilmiş hesab olunurlar (Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmrinə 8 saylı əlavə ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil
müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların
işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2-ci və 4-cü bəndləri). Zəruri ehtiyac
olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin
iki sinif komplektində dərs aparmasına tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən
razılıq verilir. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri
incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris
edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin
ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə
xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir.
Müvafiq pedaqoji kadr potensialı olmadığı halda, informatika fənni ibtidai
sinif müəllimi tərəfindən tədris oluna bilər (Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmrinə 8 saylı əlavə ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil
müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların
işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2-ci bəndi). Məktəblərdə vakant dərs
saatlarının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən
və müəllimlərin işə qəbul müsabiqəsindən toplanan ixtisas ballarına uyğun
praporsional müəyyən edilməsi qaydası
vdy
= üdy – ( m1 + m2 + ... + mk ) / 40 x 36
və
ya
cdy
= ( m1 + m2 + ... + mk ) / 40 x 36
vdy
= üdy – cdy
cdy
- mövcud müəllimlərin cəmi dərs yükü
üdy
- məktəbdəki ümumi dərs yükü
vdy
- vakant dərs yükü
m1+
m2 + ... + mk - müəllimlərin ixtisas
ballarının cəmi
Misal:
udy
= 72 saat; m1 = 10 bal; m2=13 bal;
m3 =24 bal
vdy
= 72 – ( 10 + 13 + 24 ) / 40 x 36 = 72 -
43 = 29 saat
və
ya
cdy
= ( 10 + 13 + 24 ) / 40 x 36 = 42,3 ≈ 43 saat
vdy
= 72 - 43 = 29 saat
Məktəblərdə
dərs yükünün müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən
və müəllimlərin işə qəbul müsabiqəsindən toplanan ixtisas ballarına uyğun
praporsional bölünməsi qaydası
mdyn
= mn / ( m1+ m2 + ... + mk ) x cdy
cdy
- mövcud müəllimlərin cəmi dərs yükü
mdyn
- hər bir müəllimin dərs yükü
mn
- hər bir müəllimin ixtisas balı
m1+
m2 + ... + mk - müəllimlərin ixtisas ballarının cəmi
Misal:
cdy
= 43 saat; m1 = 10 bal; m2 =13 bal;
m3 =24 bal
mdy1
= 10 / ( 10 + 13 +24 ) x 43 ≈ 9,14 ≈
9 saat
mdy2
= 13 / ( 10 + 13 +24 ) x 43 ≈ 11,89 ≈ 12
saat
mdy3
= 24 / ( 10 + 13 +24 ) x 43 ≈ 21,95 ≈ 22
saat
"Həyat bilgisi” fənninin inteqrativ xarakter
daşıdığı və bu fənn üzrə ayrıca ixtisas müəlimi olmadığı üçün həmin fənnin tədrisinin
ibtidai sinif səviyyəsində sinif müəlliminə, ümumi orta təhsil səviyyəsində isə
“Həyat bilgisi” kurikulumu üzrə təlim kursunu müvəffəqiyyətlə bitirmiş tarix,
coğrafiya, fizika, kimya, biologiya müəllimlərindən birinə həvalə edilməsi
tövsiyə edilir. Məktəbdə təlim kursundan keçmiş müəllim olmadığı halda fənn üzrə
saatlar pedoqoji şuranın qərarı ilə peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlılıq
və elmi-nəzəri səviyyəsi ilə fərqlənən qeyd olunmuş ixtisaslar üzrə müəllimlərdən
hər hansı birinə verilə bilər (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08
iyun 2016-cı il tarixli 02-14-4109/16 nömrəli Təlimati Məktubu). İkinci xarici
dilin tədrisini təmin etmək məqsədilə əməkhaqqı mövcud qaydada ödənilməklə digər
təhsil müəssisələrindən müəllim (mütəxəssis) dəvət oluna bilər (Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli F-445 nömrəli əmrinə
8 saylı əlavə ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”in 7-ci bəndi).
Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi
və digər işçiləri tutduqları vəzifə ilə yanaşı öz ixtisaslarına uyğun olaraq
işlədikləri müəssisələrdə və ya əsas iş vaxtı istisna olmaqla başqa təlim-tərbiyə
müəssisələrində müvafiq qaydada əvəzçilik, əvəzetmə (müvəqqəti əvəzetmə),
saathesabı dərs yükü (pedaqoji iş) apara bilərlər. Normalar üzrə dərs ilinin əvvəlində
tarifləşmə siyahısına daxil edilməklə təhsil, təlim-tərbiyə müəssisəsinin
yuxarıda göstərilən işçiləri tərəfindən tədris edilən dərslərin əmək haqqı
ştatda olan müəllimlər üçün mövcud olan qaydalara uyğun ödənilir. Əsas iş
yerində saathesabı tədris edilən dərslərin hər saatının dəyəri dərsi tədris edən
şəxsin təhsili və pedaqoji stajı əsasında müəyyənləşdirilən aylıq əmək haqqı
stavkasına uyğun hesablanıb ödənilir. Başqa təlim-tərbiyə müəssisələrində
saathesabı tədris edilən dərslərin saatının dəyəri isə müvafiq qaydada təsdiq
olunmuş saathesabı əməyin ödənilməsi məbləğləri əsasında verilir (Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri
ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati -
təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı
ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar”ının 1-ci
bəndi). Bütün tipdən olan məktəbəqədər müəssisələrin və uşaq evlərinin müdirləri
(direktorları) onların təlim-tərbiyə üzrə müavinləri tutduqları vəzifə üzrə tam
maaş almaqla yanaşı işlədikləri müəssisədə əvəzçilik qaydası ilə aylıq iş vaxtı
normasının yarısından çox olmamaqla pedaqoji iş (tərbiyəçi, xüsusi hazırlığı
olarsa musiqi rəhbəri) apara bilərlər. Bundan əlavə xüsusi hazırlığı olan
müdirlər işlədikləri müəssisədə xəstəliyə və digər başqa səbəblərə görə işə
çıxmayan müəllim-loqopedi, müəllim-defektoloqu yarım stavkadan çox olmamaq şərti
ilə əvəz edə bilərlər. Məktəbəqədər müəssisələrin, uşaq evlərinin müdirləri
(direktorları) tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqda olan təhsil
müəssisələrində ixtisasları üzrə həftədə 6 saata (ildə 240 saata) qədər
saathesabı dərs apara bilərlər (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26
yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə
müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin
tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş)
aparmaları haqqında normalar”ının 2-ci bəndi). Bütün tipdən olan ümumtəhsil məktəblərinin
(internat məktəbləri daxil olmaqla), litseylərin, gimnaziyaların, peşə məktəbi
və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq
qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində
ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına
salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə
müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac
yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında
əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240
saata) qədər də dərs apara bilərlər. Ümumtəhsil məktəblərinin, litseylərin,
gimnaziyaların, peşə məktəbləri və peşə litseylərinin rəhbər işçilərindən 0,5
ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə
taarifləşmə siyahısına salınmaqla həftədə 18 saata (ildə 720 saata) qədər dərs
apara bilərlər. Bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və
ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu
yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə
6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər. Tam vəzifə
maaşı alan ümumtəhsil məktəblərinin, litsey və gimnaziyaların, peşə məktəbi və
peşə litseylərinin rəhbər işçiləri tabe olduqları yuxarı təşkilatın razılığı ilə
yaxınlıqdakı təhsil müəssisəsində həftədə 6 saata (ildə 240 saata) qədər, 0,5 vəzifə
maaşı alanlar isə həftədə 12 saata (ildə 480 saata) qədər ixtisasları üzrə dərs
apara bilərlər (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu
il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin
rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları
vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında
normalar”ının 3-cü bəndi). Ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda,
peşə məktəbi və peşə litseylərində inzibati-təsərrüfat, tədris-köməkçi tərkibdən
olan işçilərə, metodistlərə, psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə
maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasaları üzrə həftədə 12
saata (ildə 480 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlara isə həftədə
18 saata (ildə 720 saata) qədər dərs verilə bilər. Həmin işçilər əsas iş yerlərində
tam vəzifə maaşı almaqla yanaşı başqa təhsil müəssisəsində həftədə 6 saata (ildə
240 saata), 0,5 ştat üzrə vəzifə maaşı alanlar isə həftədə 12 saata (ildə 480
saata) qədər ixtisasları üzrə dərs apara bilərlər. Tədris edilən dərslərin əmək
haqqı müvafiq qaydalara uyğun olaraq əvəzçilik və ya saat hesabı ödənilir (Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri
ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati -
təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı
ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar”ının 3-cü
bəndi). Ümumtəhsil məktəblərində, litsey və gimnaziyalarda, peşə məktəbi və peşə
litseylərində, hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8 saata (ildə 360 saata)
qədər tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil
edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi rəhbərlərə haqqı vəzifə
maaşına daxil olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə
12 saata (ildə 480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi
hazırlıq və ya başqa fənn üzrə (hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə
bilər. Bundan əlavə zəruri ehtiyac yaranarsa hərbi rəhbərə əmək haqqı
saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər əlavə dərs verilə
bilər.Hərbi rəhbərlər başqa tədris müəssisəsində saathesabı qaydasında həftədə
6 saata (ildə 240 saata) qədər dərs apara bilərlər (Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil,
təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi
və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü
(pedaqoji iş) aparmaları haqqında normalar”ının 3-cü bəndi). Peşə məktəbləri və
peşə litseylərində bədən tərbiyəsi rəhbərlərinin həftədə 6 saat (ildə 240 saat)
bədən tərbiyəsi üzrə tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə
maaşına daxil edilir və həmin saatlar üçün əlavə haqq ödənilmir. Peşə məktəbləri
və peşə litseylərində bədən tərbiyəsi rəhbərlərinə haqqı vəzifə maaşına daxil
olan saatlardan əlavə taarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə
480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs yükü bədən tərbiyəsi və ya
başqa fənn üzrə (bədən tərbiyəsi rəhbərinin ixtisasından asılı olaraq) verilə
bilər. Bundan əlavə zəruri ehtiyac yaranarsa bədən tərbiyəsi rəhbərinə əmək
haqqı saathesabı ödənilməklə həftədə 6 saata (ildə 240 saata) qədər dərs verilə
bilər. Bədən tərbiyəsi rəhbərləri başqa təhsil müəssisələrində həftədə 6 saata
(ildə 240 saata) qədər dərs apara bilərlər (Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil,
təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi
və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü
(pedaqoji iş) aparmaları haqqında normalar”ının 3-cü bəndi). Ümumtəhsil məktəblərində,
litsey, gimnaziyalarda, peşə məktəbləri və peşə litseylərində kənardan dərs deməyə
cəlb edilən mütəxəssislər və təhsil müəssisəsinin özündə çalışan qeyri pedaqoji
işçilər il ərzində 120 saatdan az olmayaraq dərs tədris edərlərsə həmin dərs
saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır (Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri
ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati -
təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı
ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar”ının 3-cü
bəndi). Məktəbdənkənar müəssisələrin direktorları (müdirləri), onların müavinləri,
şöbə (bölmə) müdirləri, metodistləri və digər mütəxəssisləri tutduqları vəzifə
üzrə tam maaş almaqla işlədikləri müəssisədə tarifləşmə siyahısına daxil edilməklə
həftədə 12 saata (il ərzində 480 saata) qədər dərnək məşğələləri(dərs yükü)
apara bilərlər. Məktəbdənkənar müəssisələrin işçilərindən 0,5 ştat üzrə vəzifə
maaşı alanlara tarifləşmə siyahısına daxil edilməklə həftədə 18 saata (ildə 720
saata) qədər dərnək məşğələləri (dərs yükü) verilə bilər. Məktəbdənkənar müəssisələrin
rəhbəri, şöbə (bölmə) müdirləri, metodistləri və digər mütəxəssisləri əsas iş
yerində tam vəzifə maaşı almaqla başqa təlim-tərbiyə müəssisələrində həftədə 6
saata (ildə 240 saata) qədər dərs (dərnək məşğələləri) apara bilərlər. Əsas iş
yerində 0,5 ştat üzrə vəzifə maaşı olanlar isə başqa təlim-tərbiyə müəssisələrində
həftədə 18; saata (ildə 720 saata) qədər dərs yükü (dərnək məşğələləri) apara
bilərlər. Kənardan dərnək məşğələləri (dərs) aparmağa cəlb edilən mütəxəssislərin
və məktəbdənkənar müəssisələrin qeyri pedaqoji işçiləri il ərzində 180 saatdan
az olmayaraq dərnək məşğələləri apararlarsa həmin saatların tədris edildiyi
aylar onlar üçün pedaqoji staj sayılır (Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil,
təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi
və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü
(pedaqoji iş) aparmaları haqqında normalar”ının 4-cü bəndi). Təhsil Nazirliyində,
təhsil idarələri və təhsil şöbələrində, metodiki mərkəzlərdə (kabinetlərdə)
çalışan rəhbər işçilər və mütəxəssislər müvafiq təhsil müəssisələrində dərs
apara bilərlər. Təhsil idarə və şöbələrindəki mütəxəssislər, metodiki mərkəzlərin
(kabinetlərin) metodistlər əsas iş yerlərində tam vəzifə maaşı almaqla ümumtəhsil
və peşə təhsili məktəblərində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata
(ildə 480 saata) qədər ixtisasları üzrə dərs tədris edə bilərlər. Ştat üzrə 0,5
vəzifə maaşı alanlar isə göstərilən təhsil müəssisələrində həftədə 18 saata (il
ərzində 720 saata) qədər dərs tədris edə bilərlər. Təhsil idarə və şöbələrinin
mütəxəssisləri, metodiki mərkəzlərin (kabinetlərin) metodistləri ali və ya orta
ixtisas məktəblərində il ərzində 240 saata qədər ixtisasları üzrə dərs apara
bilərlər. Bu dərslərin tədris üzrə əmək haqqı əvəzçilik və ya saathesabı
qaydasında ödənilə bilər. Təhsil Nazirliyinin mütəxəssisləri ümumtəhsil və peşə
məktəblərində, orta ixtisas və ali məktəblərdə təkmilləşdirmə institutlarında tədris
ili ərzində müvafiq qaydada 240 saata qədər ixtisasları üzrə dərs apara bilərlər
(Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59
nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər,
inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə
ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında
normalar”ının 8-ci bəndi). Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs
yükü normaları məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin həftəlik iş
vaxtı - 30 saat; bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və
liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs
yükü - 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır);
idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində
dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik
dərs yükü 3 (üç) stavkanı aşmamalıdır), ümumtəhsil məktəblərində,
internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin
həftəlik iş vaxtı - 24 saat müəyyən edilmişdir (Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş
“Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən
edilməsi haqqında” qərarın 1-ci bəndi). Bütün tipdən olan ümumi təhsil məktəblərində,
gimnaziya və liseylərdə, ilk-peşə ixtisas təhsili müəssisələrində, idman və incəsənət
məktəblərində, məktəbdənkənar təhsil müəssisələrində iki stavkadan artıq dərs
yükü olan müəllimlərin və dərnək rəhbərlərinin
bu qərarla müəyyən olunmuş normadan artıq dərs saatları üzrə əməkhaqqı
cari tədris ilində mövcud qaydalara uyğun olaraq əvəzçilik və ya saathesabı
qaydasında ödənilir (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 fevral
2011-ci il tarixli “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü
normalarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarının elan olunması
barədə” təsdiq edilmiş əmrinin 3-cü bəndi). Tədris prosesinin pozulmasının
qarşısını almaq və yaranmış vəziyyəti tənzimləmək məqsədilə mövcud əmək
qanunvericiliyinin tələbləri gözlənilməklə ixtisaslı müəllim kadrları
çatışmayan müvafiq təhsil müəssisələrində normadan artıq dərs yükünə malik olan
müəllim və dərnək rəhbərləri zəruri hallarda müstəsna hal kimi əməkhaqqı əvəzçilik
və ya saathesabı qaydasında (müəllimin öz ödəniş dərəcəsinə uyğun) ödənilməklə
həftədə 12 saata qədər əlavə dərs yükü apara bilərlər (Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 4 noyabr 2011-ci il tarixli 46-17-9448/16 saylı Təlimati Məktubu).
Dövlət qulluqçusu elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq
keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq hüququna malikdir. Dövlət
qulluqçusu elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət
orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur. (“Dövlət qulluğu haqqında”
21 iyul 2000-ci il tarixli, 926-IQ nömrəli Azərbaycan Respublikası Qanunun
19-cu və 20-ci maddələri). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar yerli təhsil idarəetmə orqanlarındakı müdir,
müdir müavini, məsləhətçilər və baş mühasib vəzifələri dövlət qulluqçuları
siyahısına daxil edilmişdir. Rayon (şəhər) təhsil şöbələrində (idarəsində)
çalışan dövlət qulluqçuları nazirin əmri ilə təyin olunan vəzifə
nomenklaturasına daxil olduqları üçün onların ixtisasları üzrə kadra ehtiyac
olan ümumtəhsil məktəblərində dərs aparmalarına qüvvədə olan hüquqi normativ sənədlərin
tələbləri əsasında Təhsil Nazirliyindən müvafiq razılıq alınmalıdır. Rayon (şəhər)
təhsil şöbəsində (idarəsində) çalışan dövlət qulluqçularının pedaqoji fəaliyyətlə
məşğul olmalarına razılıq verilməsi barədə Təhsil Nazirliyinəgöndərilmiş rəsmi
məktubda dövlət qulluqçusunun ixtisası, kadra tələbat olan ümumtəhsil məktəbinin
adı, həmin ixtisas üzrə ümumi və vakant dərs saatlarının miqdarı, ixtisas müəllimlərinin
sayı, onların dərs yükü barədə məlumat verilməlidir (Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 18 sentyabr 2006-cı il tarixli 46-18-4374/16 saylı Təlimati Məktubu).
İş vaxtı ərzində əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə
işəgötürənin razılığı ilə yol verilir (1 fevral 1999-cu il tarixli, 618-IQ nömrəli
Qanunu ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”nin 58-ci
maddəsi).
İstinadlar:
“Təhsil
haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-IIIQ nömrəli
Qanunu
“Ümumi
təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il tarixli, nömrəli Qanununu
“Dövlət
qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli, 926-IQ nömrəli Azərbaycan
Respublikası Qanunu
1
fevral 1999-cu il tarixli, 618-IQ nömrəli Qanunu ilə təsdiqlənmiş “Azərbaycan
Respublikasının Əmək Məcəlləsi”
Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi arasında bağlanmış 10 iyul 2013-cü il tarixli
“Kollektiv Saziş”
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı
ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri
ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə”
Azərbaycan
Respublikasının Prezidentinin 16 yanvar 2015-ci il tarixli, 994 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün
və əməkhaqqının artırılması haqqında” Sərəncamı
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 04 avqust 2017-ci il tarixli 236 nömrəli əmri
ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini
tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin
aparılması Qaydaları“
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 26 avqust 2008-ci il tarixli 1019 nömrəli əmri
ilə təsdiq və 19 fevral 2014-cü il tarixli 205 nömrəli əmri ilə dəyişiklik
edilimiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına
daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi qaydaları”
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 11 iyul
2016-cı il tarixli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin
direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə
maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 270 nömrəli Qərarı
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 6 sentyabr 2017-ci il tarixli 02-05-2589/15
nömrəli Təlimati Məktubu
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 14 sentyabr 2017-ci il tarixli Təlimati Məktubu
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli Təlimati Məktubu
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 08 iyun 2016-cı il tarixli 02-14-4109/16 nömrəli
Təlimati Məktubu
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 4 noyabr 2011-ci il tarixli 46-17-9448/16
saylı Təlimati Məktubu
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 18 sentyabr 2006-cı il tarixli 46-18-4374/16
saylı Təlimati Məktubu
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 1 fevral 2011-ci il tarixli “Təhsil müəssisələrinin
pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 noyabr tarixli 215 nömrəli qərarının
elan olunması barədə” təsdiq edilmiş əmri
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 12 iyul 2019-cu il tarixli F-445 nömrəli əmrinə
8 saylı əlavə ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli “Ümumi
təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi
barədə” əmri
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 8 may 2018-ci il tarixli F-346 nömrəli əmrinə
8 saylı əlavə ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi
sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi,
pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri
ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati -
təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı
ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar”
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 nömrəli qərarı
ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü
normalarının müəyyən edilməsi haqqında” qərarı
Mənbə:
https://virtual-maktab.az/az/material/27/