Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
2020-ci il 2 dekabr Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına
döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə,
bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda
Anım Günü kimi qeyd ediləcək. 27 sentyabr 2021-ci il saat 12:00-da ölkə ərazisində
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Ətraflı: https://azertag.az/xeber/1883617