Azərbaycan jurnalisti Ukrayna Milli Jurnalistlər Birliyinə üzv qəbul edildi

 “Aktsent” Birləşmiş Jurnalistlər təşkilatı, “İstedadlar ölkəsi” jurnalı, Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının (МАЛиЖ) tövsiyyəsi və Ukrayna Milli Jurnalistlər Birliyinin Lviv regional katibliyinin qərarı ilə Böyükağa Mikayıllı Ukrayna Milli Jurnalistlər Birliyinə üzv qəbul edilmişdir. Lviv təşkilatlarının və Ukrayna Jurnalistlər Birliyinin fəaliyyəti tarixində ilk dəfə olaraq Azərbaycandan olan jurnalist, Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının (МАЛиЖ) Azərbaycan Respublikası üzrə rəhbəri, dünya təhsili və  müəssisələri haqqında bir çox kitabların müəllifi, kitabları dünyanın bir çox dillərinə tərcümə edilərək (o cümlədən Ukrayna dilinə) nəşr olunmuş istedadlı jurnalist Böyükağa Mikayılını səmimi qəlbdən təbrik edirəm!  

    Eləcə də; Nataliya Dimitskanı (Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının şöbə müdiri, Azərbaycan Respublikası üzrə əlaqələndirici, “Aktsent” qəzetinin xüsusi müxbiri), Yanina Madynyakı (Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası radiosunun baş redaktoru) və Yulia Tatsynetsi (radionun baş redaktor müavini) də təbrik edirəm.

   Hörmətli dostlar hər birinizi bu xüsusi hadisə münasibətilə ürəkdən təbrik edir, həyatda və işlərində yeni uğurlar arzulayıram.

https://academy-malig.info/malig-inform/2103-popovnennia-u-natsionalnii-spiltsi-zhurnalistiv-ukrainy.html

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.