Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyi barədə

Görkəmli mütəfəkkir-pedaqoq Mirzə Əbdürrəhim Talıbov yazır ki: “Mənşə, rəng, cins və digər mənsubiyyətlərdən asılı olmayaraq, hər xalqın, hər millətin elə oğul və qızları olmuşdur ki, öz təfəkkür, bilik və ilham mənbələrindən qidalanaraq, əbədiyyətə qovuşan əsərlər yaradıb, ümumbəşər xəzinəsinə vermişlər. Bunlara alimlər, mütəfəkkirlər və sənətkarlar ordusu deyərlər. Bütün bəşəriyyətin borcu budur ki, bunların bizə bəxş etdiyi abidələri və əbədi mirası həvəslə öyrənib, hər kəs öz gücü və qavraya bildiyi qədər onlardan pay götürsün. Bu elm və ədəb xəzinəsindən payı çox olanın səadəti də çox olar”. Bəli, belə əbədiyyətə qovuşan və ümumbəşər xəzinəsinə çevrilən əsərlərdən biri də pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyidir (Bakı: Mütər­cim, 2010, 320 səh.). Əminliklə deyə bilərik ki, Nizaminin, Sədi Şirazinin, Marağalı Əvhə­di­nin, Nəsirəddin Tusinin və digərlərinin əsərləri ilə çağdaş dövrümüz arasında neçə yüzil­lik­lər varsa, Akif Abbasovun müdrik fikirlər, hekayələr, sual və tapşırıqlarla zəngin­ləş­dir­diyi “Milli əxlaq və ailə etikası” adlı dərsliyi də gələcək yüzillikər içərisində həmişə və­rəq­lənəcək, əldən-ələ keçəcək əsərlərdən olacaqdır.

Çağdaş dövrümüzün ən iqtidarlı alimi, görkəmli pedaqoq və yazıçılarından olan Akif Abbasovun “Milli əxlaq və ailə etikası” adlı dərsliyi dörd bölmədən (fəsildən) ibarətdir. “Milli əxlaq və ailə etikasının ümumi məsələləri” adlı I bölmədə Akif müəllim əxlaqın yaranması və inkişafından, Azərbaycan şifahı xalq ədəbiyyatındakı milli-mənəvi dəyərlərdən, “Avesta”da, islam dinində və “Kitabi-Dədə Qorqud” dastanında əxlaqi təlimin mahiyyətindən, həmçinin Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Şah İsmayıl Xətayinin, Məhəmməd Füzulinin, Azərbaycan maarifçilərinin yaradıcılığındakı ailə münasibəti məsələlərinin incə və həssas məqamlarından söz açmış, tədqiq-təhlil süzgəcindən keçirmişdir.

Mənbə:

http://ikisahil.az/post/236078-ebediyyete-qovushan-ve-umumbesher-xezinesine-chevrilen-eser-haqqinda-mulahizelerim

 

 

 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.