Samir Mehdizadə Respublika Təhsil Şurasının sədri seçilib



 

Ümumi Yığıncaqda Respublika Təhsil Şurası İctimai Birliyinin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi seçilib. İdarə Heyətinin yeni tərkibi Mehdizadə Samir Ramiz oğlu, Mikayıllı Böyükağa Əlisəfa oğlu, Bağırov Cəfər Talıb oğlu, Əsədov Seyyub Əsəd oğlu və Bayramov Şərafət Təhmuraz oğlu olmaqla beş nəfərdən ibarət  müəyyənləşdirilib.

Nəzarət Təftiş Komissiyasının yeni üzvləri isə İsmayılov Mayıl Yolçu oğlu, Babaşova Gülnurə Haqverdi qızı və Məlikova İradə Telman qızı təsdiq eiliblər.

Ümumi Yığıncağın qərarına əsasən 5 il müddətinə Samir Mehdizadə İdarə Heyətinin sədri, Cəfər Bağırov İdarə Heyətinin sədr müavini, Böyükağa Mikayıllı katib, Mayıl İsmayılov Nəzarət-Təftiş Komissiyasının sədri seçiliblər.

 https://facebook.com/Respublika-Təhsil-Şurası-İctimai-Birliyi-108741758028507

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.