Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən
2021-ci il aprel ayının 20-dən may ayının 31-dək “Nizami Gəncəvi yaradıcılığı:
mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn esse müsabiqəsi keçirilir.
Müsabiqədə 14-29
yaşlı gənclər iştirak edə bilər. İlkin mərhələdə müsabiqə iştirakçıları
qeydiyyatdan keçərək 2021-ci il aprel ayının 20-dən may ayının 20-dək mövzuya və
əsas şərtlərə uyğun yazdıqları esseləri təqdim edə bilərlər.