QARABAĞ AZƏRBAYCANDIR !

 

   Bəzi üzdəniraq siyasətşünasların təxribat xarakterli açıqlamalarına baxmayaraq, Qarabağ münaqişəsində dini və etnik heç bir problem yoxdur. Münaqişə sırf Ermənistanın Azərbaycana ərazi iddialarına əsaslanır və erməni separatçıları dünya ictimaiyyətini aldadaraq, köklü şəkildə fərqlənən “miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası, bu ideyanı ortaya atan erməni millətçiləri buna miatsum (ermənicə birləşmə) adı vermişlər. Miatsum ideyasına əsasən Qarabağ Ermənistana birləşdirilməli, Ermənistan və Qarabağda yaşayan bütün azərbaycanlılar isə öz ata baba torpaqlarından qovulmalı idilər) və “Qarabağ xalqının öz müqəddaratını təyinetmə” anlayışlarını həmişə manipulyasiya edirlər. Əgər “miatsum” Qarabağın Ermənistan Respublikası ilə birləşməsini nəzərdə tutursa, onda belə çıxır ki, Azərbaycan onların müstəqilliyini tanımalıdır? Qarabağın ta qədimlərdən Azərbaycan türklərinin yaşadığı və çarizmin köçürmə siyasəti nəticəsində (1813, Gülüstan və 1828, Türkmənçay müqavilələri) ermənilərin də yaşayış yerinə çevrilən ərazidə hansı “erməni öz müqəddaratını təyinetmə”dən söhbət gedə bilər? Dünya bilir ki, ermənilər artıq Azərbaycanın qədim İrəvan xanlığı ərazisində Ermənistan Respublikası yaratmışlar.

Oxumaq istəyənlər üçün:  https://multiurok.ru/files/qarabag-az-rbaycandir.html






 

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.