
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Kollegiyasının
21 may 2020-ci il tarixli
KQ-03
№-li qərarı ilətəsdiq
edilmişdir
1.
Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların
attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini
tənzimləyir.
2.
Bu Qayda aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:
2.1.
ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil
proqramları üzrə təhsilalanların;
2.2.
xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil
siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.
3. I
sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.
4. II -
XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və
qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri
kimi qəbul edilir.
5.
İllik ballar və qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.
6.
Hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə
razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər
qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən
qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin
təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin
şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə
müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə
vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun
tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində
müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
7.
Hər hansı fənn üzrə illik qiyməti "3" və ya “4” olan və bu
qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və
ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində
göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili
qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət
edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında
(kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında
hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə
illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I
yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın
12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
8.
Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil
müəssisələri tərəfindən təşkil edilir.
9.
Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.
10.
Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla,
çalışma) istifadə olunur.
11.
Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir
sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə
təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü
və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid
edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada
bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:
– 1-ci
səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
– 2-ci
səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 3-cü
səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 4-cü
səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.
12.
Tədris ili üzrə şagirdin illik ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə
uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:
12.1. 30-dək (30 daxil olmaqla) olan ballar “2”
qiyməti ilə;
12.2. 30-dan 60-dək (60 daxil olmaqla) olan
ballar “3” qiyməti ilə;
12.3. 60-dan 80-dək (80 daxil olmaqla) olan
ballar “4” qiyməti ilə;
12.4. 80-dən 100-dək (100 daxil olmaqla) olan
ballar “5” qiyməti ilə.
13. Məktəbdaxili qiymətləndirmənin nəticələrinə
əsasən şagirdlərin sinifdən sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

UNESCO Beynəlxalq Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyası (МАЛiЖ)