Qəhrəmanlıq tariximizin “ 20 Yanvar” səhifəsi



Qəhrəmanlıq tariximizin “ 20 Yanvar” səhifəsi
Xalqın bir millət olaraq meydana çıxması üçün hər şeydən əvvəl etnoqrafik birliyə malik olması və o xalqın hüdudları bəlli bir torpaq üzərində birlikdə yaşaması, yəni sosial həyat sürməsi lazımdır. 
...Əsrlər boyu Azərbaycan xalqı cənubda Qızıl Üzən çayı, Şimalda Qafqaz sıra dağları, şərqdə Xəzər dənizi sahilləri, qərbdə isə Gürcüstan sərhədlərinə qədər uzanan və sahəsi təqribən 410 min kv. km olan ərazidə yaşamışlar. …
Tarixin böyük bir amansızlığına düçar olan Azərbaycan xalqı işğalçı dövlətlər arasındakı müharibələr nəticəsində ikiyə bölünmüş, lakin bu parçalanma xalqımızın nə dilinə, nə dininə, nə də ki, mədəniyyətinə təsir edə bilməmişdir. 
1990-cı il yanvarın 19-dan 20 - nə keçən gecə xalqımıza qarşı törədilən qanlı qırğından 29 il keçir. Bu hadisə Azərbaycan xalqının və bütün tərəqqipərvər, sülhsevər bəşəriyyətin tarixinə əsrin ən qanlı hadisələrindən biri kimi düşmüşdür. 
Allah şəhidlərimizə rəhmət eləsin!

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.