Əməkdar rəssam Ələkbər Rzaquliyevin sərgisi (VİDEO)

Xalq Bankın “Xalq Əmanəti” layihəsinin on yeddinci nəşri Azərbaycan milli qrafika sənətinin sütunlarından biri, Əməkdar rəssam Ələkbər Rzaquliyevin həyat və yaradıcılığına həsr olunub. 
Ələkbər Rzaquliyev amansız repressiya burulğanının ilk dalğasının qurbanı olur, o, 1928-ci ildə həbs olunur və güllələnməyə məhkum edilir. Sonradan ölüm hökmü səkkiz illik sürgünlə əvəzlənir.
O, ümumilikdə həyatının iyirmi beş ilini islah-əmək düşərgələrində keçirib. Lakin buna baxmayaraq həbsdən sonra özündə güc tapır, linoqravüra texnikasını dərindən mənimsəyib.
Ömrünün qalan hissəsini bu texnikaya həsr edən sənətkar “Köhnə Bakı”, “Tələbəlik illəri”, “Azərbaycan balıqçıları” silsilələri, Solovki adalarına, doğma vətənin mənzərələrinə, müasirlərinə həsr olunmuş çoxsaylı əsərlər yaradıb.
O, Moskvada əsərlərini sərgiləyən ilk azərbaycanlı rəssam olub. Bu SSR-də böyük bir iş sayılırdı. Üstəlik vaxtilə sürgündə olan incəsənət adamının imperiyanın mərkəzi sayılan Moskvada sərgisinin olması, bu artıq böyük uğur idi.

Mənbə: Real tv

Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.