Heç kəs unudulmur, heç nə yaddan çıxmır-
xalq yaddaşının mülkü olan bu sözlər II Dünya müharibəsi (Böyük Vətən
müharibəsi) əsgərlərinin qəhrəmanlığına həsr edilmiş şüardır.
Bu şüar ilk dəfə 1959-cu ildə Leninqrad (indiki
Sankt Peterburq) şəhər Piskaryov qəbirastanlığındakı Leninqrad mühasirəsi
qurbanlarının xatirə lövhəsinə yazılmışdır. Müəllifi şairə Olqa Bergqolts
olmuşdur.
Sonralar bu fraza daha geniş
yayıldı.
Tatarıstan Respublikasının Prezidenti R. Mənnixanov
demişdir:-“Heç
kəs unudulmur, heç nə yaddan çıxmır” sözləri
bizim üçün unudulmaz bir söz, sarsılmaz mənəvi qanun, bütün ictimai
varlığımızın əsası oldu. Olqa
Bergqoltsun bu sözləri II Dünya müharibəsi (Böyük Vətən müharibəsi)
iştirakçılarını xatırlamaq üçün əsas sözə çevrildi.