Bu gün ilk kitab hədiyyəm İtaliyadan gəldi.

Bu gün ilk kitab hədiyyəm İtaliyadan gəldi.
  Kitabın müəllifi tarixçi-alim, bacarıqlı tədqiqatçı, İtaliyada yaşayan Orazgözəl  xanıma öz dərin minnətdarlığımı bildirirəm.  Çox sağ olun Orazgözəl xanım!
   Bu kitab Bolonya Universiteti Kitabxanasında saxlanılan İslam əlyazmalarının tam kataloqunun ilk cilddir. Kitabda “Marsili Fondu”nun müəyyən hissələri ətraflı tədqiq edilmiş, sənədlərin paleqrafik və tematik təsvirləri verilmişdir. Qeyd etmək lazımdır ki, bu kataloqda əvvəlki kataloqlarda olmayan məsələlər də öz əksini tapmışdır.
Məlumat üçün:
Orazgözəl Machaeva Sankt - Peterburq ( Leninqrad) şəhərində 1981-ci ildə Şərq Elmləri üzrə bakalavr təhsili almışdır. 1987-ci ildə Moskvada, SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq  İnstitutunda Şərq Filologiyası üzrə doktorluq işi müdafiə etmişdir. 1981-1995-ci illərdə Türkmənistan Elmlər Akademiyası Milli Əlyazmalar İnstitutunda (Aşqabad) tədqiqatçı-elmi işçi kimi çalışmışdır. 1990-cı ildə İtaliyaya köçdükdən sonra, ərəb, fars və türk əlyazmaları ilə bağlı Bolonya Universiteti Kitabxanasında araşdırmalar aparmışdır. Rus, ingilis və italyan dillərində bir- çox elmi məqalələrin müəllifidir. Orazgözəl Machaeva Səmərqənd  Fiabe  cildinin (Milan,1994) giriş və bölmələrinin müəllifidir. Çoxlu sayda beynəlxalq elmi konfranslarda  (SSRİ, İtaliya, İngiltərə, ABŞ və Fransa)  iştirak etmişdir.

Yaradıcılıq işlərinizdə sizə yeni-yeni uğurlar arzulayıram Orazgözəl xanım!  


Отправить комментарий

0 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.