SON TUNC VƏ İLK DƏMİR DÖVRÜ

SON TUNC VƏ İLK DƏMİR DÖVRÜ

Son Tunc — İlk Dəmir dövrü e.ə. II minilliyin 2-ci yarısı I minilliyin əvvəllərini əhatə edir. Son Tunc — İlk Dəmir dövründə Azərbaycanda Xocalı-Gədəbəy və Talış—Muğan mədəniyyətləri inkişaf etmişdi. Bu dövrün abidələri Qarabağda, Qazaxda, Gəncəçay ətrafında, Naxçıvanda və s. yerlərdə öyrənilmişdir. Son Tunc dövründə daha möhkəm yaşayış və təsərrüfat binaları inşa edilmişdi.
Düşmən hücumlarından qorunmaq üçün yaşayış məskənlərinin ətrafına qalın müdafiə
divarları çəkilir, yaylaqlarda və ticarət yollarının kənarlarında iri qaya parçalarından siklopik tikililər qurulurdu. Bu tikililər üçbucaq, dördbucaq, trapesiya formasında olurdu. Siklopik tikililər köçmə maldarların və tacirlərin yağışdan, qardan, qızmar günəş şüalarından qorunması üçün tikilirdi. 

Əkinçilər buğda, arpa, darı və s. bitkilərin bir neçə növünü becərirdilər. Taxılı tunc və dəmirdən hazırlanmış oraqlarla biçir, taxta vəllərlə döyür, dən daşları ilə üyüdürdülər. Taxıl ehtiyatını isə iri küplərdə və quyularda saxlayırdılar.

Süni suvarma sayəsində bağçılıq və bostançılıq da inkişaf etmişdi. 
Maldarlıqda xırda və iribuynuzlu heyvanların sayı artmış, geniş otlaq sahələrinə ehtiyac yaranmışdı. Atdan minik və qoşqu vasitəsi kimi istifadə edilirdi. At insanların həyatında böyük rol oynadığı üçün ona sitayiş edirdilər. 

Minik vasitəsi kimi və yük daşınmasında dəvədən də istifadə olunurdu. Dəvənin yunundan, südündən, ətindən də istifadə edirdilər.
Bu dövrdə saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxından istifadə olunurdu. Son Tunc dövründə sənətkarların içərisindən sənətkar-tacirlər qrupu ayrıldı. 


Son Tunc dövrünün saxsı qablarıBu yeni — üçüncü ictimai əmək bölgüsü idi.Bu dövrdə ictimai həyatda tayfa başçılarının hakimiyyəti qüvvətlənmişdi. Hərbi və dini rəhbərliyin onların əlində toplanması bu şəxslərin ilahiləşdirilməsinə gətirib çıxarmışdı. Tayfa başçılarına öləndən sonra da sitayiş olunur, onların xatirəsini əbədiləşdirmək üçün qəbirləri üzərində kurqanlar qurulurdu.
Son Tunc dövründə Azərbaycan tayfaları oda, aya, ulduza, günəşə, dağa, meşəyə, müxtəlif ağac növlərinə, heyvanlara sitayiş edirdilər. 

Bu dövrdə Azərbaycan tayfaları Qədim Şərq ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdılar. Azərbaycanın zəngin filiz yataqları, cins at növləri, mal-qara sürüləri, sənətkarlıq nümunələri ticarətdə böyük rol oynayırdı. Tunc dövrünə aid yaşayış yerlərindən və qəbir abidələrindən Aşşurda hazırlanmış şirli gil qablar, möhürlər, silahlar, bəzək şeyləri aşkar edilmişdir. Bu tapıntılardan biri Qarabağdan — Xocalıdan tapılmış muncuqdur. Muncuğun üzərində mixi yazı ilə Aşşur padşahının (Adadnirari) adı yazılmışdır. 

Qonşu ölkələrlə ticarət yalnız quru yolla aparılmırdı. Kür—Araz çayları və Xəzər dənizi vasitəsilə su yolları ilə də ticarət əlaqələri yaradılmışdı. Qobustan qayaları üzərində həkk edilmiş müxtəliftipli gəmi təsvirləri bunu sübut edir. 

Dəmirin kəşfi əkinçiliyin inkişafına təkan verdi. E.ə. VII əsrdən başlayaraq dəmirdən daha geniş istifadə olunmuşdur. 

Bu dövrə aid silah nümunələri tunc və dəmirdən düzəldilmiş müxtəlif ölçüdə olan qılınc və xəncərlərdən ibarətdir.
Dəstəklər yuxarı hissədə yanlara əyilmiş dairəvi qulaqcıqlarla tamamlanır. Tiyələri uzundur. 

Son Tunc dövrünə aid tapılan bəzək nümunələri tunc bilərzik və üzüklərdən, muncuqlardan ibarətdir. Saxsı məmulatı isə əldə hazırlanmış qara və qırmızı rəngli qablardır. 

Beyləqan rayonunda Kəbirli kəndi yaxınlığında yerləşən Qaratəpə qədim yaşayış yeri Dəmir dövrü abidəsidir. 

Qaratəpə yaşayış yerində evlər çiy kərpicdən inşa olunmuşdur. Buradan ocaq yeri və gil qablar, dən daşları, iy başlıqları tapılmışdır. Dəmir dövrünə aid abidələr Qobustanda, Abşeronda, Salyanda və s. yerlərdə öyrənilmişdir.

Отправить комментарий

12 Комментарии
* Xahiş olunur SPAM şərh yazmayın.Bütün şərhlər Admin tərəfindən nəzərdən keçirilir.
  1. Çox gözel melumatlardır.Hem de faydalı!🤗😊

    ОтветитьУдалить
  2. Hello.My name is Valad.This information is bery nice

    ОтветитьУдалить
  3. Salam son tunç ilk demir dovrunde muharibeler neticesinde esir dusmus insanlar qula cevrilirdi?

    ОтветитьУдалить
  4. Xahis edirem cavab yazardiz cox vacibdi bu sualin cavabi

    ОтветитьУдалить
    Ответы
    1. Bəli. Məsləhət görürəm ki, VI sinif Ümumi tarix və Azərbaycan tarixi dərsliklərinə baxasınız.

      Удалить
  5. Этот комментарий был удален администратором блога.

    ОтветитьУдалить