NEOLİT İNQİLABI. ENEOLİT DÖVRÜ
Neolit dövrü. E.ə. VII minillikdə ibtidai cəmiyyətin tarixində Yeni Daş dövrü — Neolit dövrü başlanmışdı. Bu dövrdə əhali oturaq həyata keçmişdi. İnsanlar başlıca olaraq əkinçilik və maldarlıqla məşğul olurdular. Bunlarla yanaşı, ovçuluq və balıqçılıq da əsas məşğuliyyət idi. Onlar dulusçuluqla məşğul olur, saxsı qablar hazırlayırdılar. İnsanlar daş alətləri cilalamağı və deşməyi öyrənmişdilər. Toxuculuqda sümükdən hazırlanmış bizlərdən istifadə edirdilər. Bu dəyişikliklər «Neolit inqilabı» adlanır.
Naxçıvan, Qobustan, Gəncə, Qazax, Təbriz yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı toxalar, oraq dişləri, balta və kəsici lövhələr tapılmışdır. Neolit dövrünün insanları torpağı toxa*ilə yumşaldırdılar. Belə əkinçilik toxa əkinçiliyi adlanır.
Gəncə yaxınlığındakı Neolit düşərgəsindən bıçağaoxşar lövhələr, qaşovlar və başqa kəsici alətlər tapılmışdır. Çaxmaqdaşından və dəvəgözü daşından hazırlanmış həmin alətlərdən insanlar əkin və biçin işlərində istifadə edirdilər.
Arxeoloqlar Tovuz rayonundakı Göytəpə yaşayış yerindən maraqlı bir oraq tapmışlar.
Oraq iribuynuzlu heyvanın çənə sümüyündən düzəldilmişdir. Ortada sümüyün içərisinə maili xətt boyunca çaxmaqdaşından kəsici qəlpələr bərkidilmişdir.
Neolit dövrünün sonuna aid yaşayış evlərinin bərpa edilmiş görünüşü
Eneolit dövrü. Bu dövr e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövrdə insanlar ilk dəfə metalla — mislə tanış olmuşlar.
Lakin bu dövrdə misdən geniş istifadə olunmamışdır. Çünki mis yumşaq, kövrək olduğundan ondan hazırlanan alətlər tez sıradan çıxırdı. Həm də mis az tapılırdı. Ona görə də təsərrüfatda, məişətdə daş alətlər üstün yer tuturdu.
Eneolit dövrünün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qarabağ, Muğan, Naxçıvan bölgələrində, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Eneolit dövrünün yaşayış məskənləri çay kənarında, əkinçilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Əhali binaları çiy kərpic və möhrədən inşa edirdi.
Yaşayış məskənlərində aşkar edilən evlər dairəvi formadadır. Belə evi ərdə ailələr birgə yaşamışlar. İcma torpağında birgə çalışan bu ailələr ümumi məhsul bölgüsündən aldıqları pay hesabına dolanırdılar.
Eneolit dövründə toxa əkinçiliyi daha da inkişaf etmişdi. Taxıl kəsici daş lövhələrdən hazırlanmış oraqla biçilirdi. Taxıl ehtiyatı iri saxsı küplərdə saxlanılırdı.
Maldarlıq təsərrüfatı da inkişaf etmişdi. Təsərrüfatlarda qaramal və davar saxlayırdılar.
Cəlilabad rayonunda e.ə. V minilliyə aid qədim Əliköməktəpə yaşayış yerindən at sümükləri tapılmışdır. Eneolit dövründə bizə məlum olan ev heyvanlarının artıq hamısı əhliləşdirilmişdi. Əkinçilik və maldarlıq təsərrüfatı inkişaf etmiş, ovçuluq və balıqçılıq əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdi.
Eneolit dövrü əhalisinin həyatında sənətkarlıq mühüm yer tuturdu. Sənətkarlar gildən saxsı qablar, daş, sümük və misdən əmək alətləri, məişət və bəzək əşyaları hazırlayırdılar. Sümükdən hazırlanmış iy* ucluqları qədim əhalinin toxuculuqla məşğul olduğunu göstərir.Gəncə yaxınlığındakı Neolit düşərgəsindən bıçağaoxşar lövhələr, qaşovlar və başqa kəsici alətlər tapılmışdır. Çaxmaqdaşından və dəvəgözü daşından hazırlanmış həmin alətlərdən insanlar əkin və biçin işlərində istifadə edirdilər.
Arxeoloqlar Tovuz rayonundakı Göytəpə yaşayış yerindən maraqlı bir oraq tapmışlar.
Oraq iribuynuzlu heyvanın çənə sümüyündən düzəldilmişdir. Ortada sümüyün içərisinə maili xətt boyunca çaxmaqdaşından kəsici qəlpələr bərkidilmişdir.
Neolit dövrünün sonuna aid yaşayış evlərinin bərpa edilmiş görünüşü
Eneolit dövrü. Bu dövr e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövrdə insanlar ilk dəfə metalla — mislə tanış olmuşlar.
Lakin bu dövrdə misdən geniş istifadə olunmamışdır. Çünki mis yumşaq, kövrək olduğundan ondan hazırlanan alətlər tez sıradan çıxırdı. Həm də mis az tapılırdı. Ona görə də təsərrüfatda, məişətdə daş alətlər üstün yer tuturdu.
Eneolit dövrünün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qarabağ, Muğan, Naxçıvan bölgələrində, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Eneolit dövrünün yaşayış məskənləri çay kənarında, əkinçilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Əhali binaları çiy kərpic və möhrədən inşa edirdi.
Yaşayış məskənlərində aşkar edilən evlər dairəvi formadadır. Belə evi ərdə ailələr birgə yaşamışlar. İcma torpağında birgə çalışan bu ailələr ümumi məhsul bölgüsündən aldıqları pay hesabına dolanırdılar.
Eneolit dövründə toxa əkinçiliyi daha da inkişaf etmişdi. Taxıl kəsici daş lövhələrdən hazırlanmış oraqla biçilirdi. Taxıl ehtiyatı iri saxsı küplərdə saxlanılırdı.
Maldarlıq təsərrüfatı da inkişaf etmişdi. Təsərrüfatlarda qaramal və davar saxlayırdılar.
Cəlilabad rayonunda e.ə. V minilliyə aid qədim Əliköməktəpə yaşayış yerindən at sümükləri tapılmışdır. Eneolit dövründə bizə məlum olan ev heyvanlarının artıq hamısı əhliləşdirilmişdi. Əkinçilik və maldarlıq təsərrüfatı inkişaf etmiş, ovçuluq və balıqçılıq əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdi.
Eneolit dövrünün özünəməxsus dəfn mərasimləri olmuşdur. Ölülər yaşayış məskənində, evlərin içərisində və arasında basdırılırdı. Cəsədin üstünə qan (həyat verən) rəmzi sayılan qırmızı boyaçəkir, yaxud oxra* səpirdilər.
Eneolit dövrü əhalisi müxtəlif dini ayinlər, ovsun mərasimləri keçirirdilər. Qobustandakı qayaüstü rəsmlərin bəziləri bu dövrün ovsun və dini mərasimlərini əks etdirir.
*Həvəngdəstə — müxtəlif maddələri əzmək üçün alət
*Toxa — əmək aləti, ucuna daş, sümük bərkidilmiş əyri ağac